Page 354 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 354
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Atamın kölgәsi

Atamın kölgәsi evimizdә imiş.
Gün düşdü üstünә
üzünü gördüm
Sildim üz-gözünü, toz-torpağını,
Taxçada, boxçada izini gördüm.
Tanrı qismәtindәn
payı var imiş;
İlahi gülüşün
gözünü gördüm!
354 Kölgәsi yamanca kәdәrli idi, –
Hәm nәmdi, hәm ilıq,
qırış-qırışdı.

Atamın kölgәsi qocalmamışdı.
Atamın kölgәsi evimizdә imiş, –
Baxdım kölgәsinә –
özümü gördüm,
Adana axşamı
müqәddәs gecә
Anam yemәk çәkib sağına qoydu –
Sağında atamın dizini gördüm...
Ölülәri içinizdә dәfn edin! –
İçinizdә başdaşı yox, qәbir yox,
İçinizdә heç vaxt,
Heç kim itmәyәcәk!
Ölülәri ruhunuza dәfn edin –
Kölgәlәri mütlәq evә gәlәcәk!
   349   350   351   352   353   354   355   356   357   358   359