Page 356 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 356
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Sığındım

Xain gözlәr geniş qәlbә oxdular,
Vay varlıdan, yenә aclar toxdular.
Bәzilәri qar-çovğundan qorxdular,
Titrәsәm dә bir az qışa sığındım.

İlk mәhәbbәt, son mәhәbbәt tәmizdi,
Xatirimdә xatirәsi bir izdir.
Ötәn günlәr bu günlәrdәn әzizdir, –
Xatirәyә, mәn yaddaşa sığındım.

356 Çoxlarına tәmәnnasız yarıdım,
Bu yollarda deyәn o söz... qarıdım.
Mәn hәyatda ata qәbri aradım,
Qәbristanda ana daşa sığındım.

İnanmadım hәr söhbәtә, hәr sözә,
Can atmadım görünmәyә hәr gözә.
Nәvә günü, baba günü möcüzә, –
İllәr keçdi, ömrә-yaşa sığındım.

Neçә yurdu, el-obanı dolaşdım,
Mәrd uğrunda namәrdlәrlә savaşdım.
Haqq axtarıb, dәrә keçdim, dağ aşdım;
Büdrәyәndә yaşıl döşә sığındım!

Kәdәr mәnә, mәn kәdәrә bәlәdәm,
Qәm-qüssәmi doğma, әziz elәdim.
Mәn Davudam, xasiyyәtim belәdi, –
Nә qohuma, nә yoldaşa sığındım.
   351   352   353   354   355   356   357   358   359   360   361