Page 362 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 362
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Sәnsiz soyuq dәyir gecәlәrimә

Daha hәr çağırışı dinlәyәmmirәm,
Ağzım yaman yerdә dirәnib dağa.
Sәnsiz ürәyimә söz deyәmmirәm,
Başlayır özünü yumruqlamağa.

Karvan sәsidimi yenә yüksәlәn –
Ağ varaq önündә bir sәhra kimi.
362 Sәnsiz bir dәvәyәm, әrәbi ölәn –
Qalmışam sәhrada müqәvva kimi.

Durum necә girim, necә, yerimә?
Olan-qalanı da qәm ayaqlayır.
Sәnsiz soyuq dәyir gecәlәrimә.
Bulud yatağında ay sayıqlayır...

Dostlara rekviyem

Allah amanında...
Yaxşı yol sizә,
Ey arxa çevirib gedәn dostlarım!
Ötüb, dil-dil ötüb, indi kimәsә
Ey tәzә nәğmәlәr ötәn dostlarım!

Ey halal süfrәnin nurunu danıb,
Harama hәr şeyi satan, әzizlәr,
Qәhrәman olmamış
Qәrәman sanıb,
Özünü heçliyә atan, әzizlәr.
   357   358   359   360   361   362   363   364   365   366   367