Page 363 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 363
Sÿyavuø Sÿrxanlû

Mәәttәl qalıram düşәndә yada – 363
Niyә böyüdükcә kiçildiniz siz?
Sağlıq dediyiniz büllür badәdә
Kimin göz yaşını içirsiniz siz?!

Nә cür unutdunuz... yaşayıb ölmәk –
Addan-sannan ötrü ölmәk deyil ki?
Bir dә... beş-üç qızın xoşuna gәlmәk,
Beş-üç ağlı dazın xoşuna gәlmәk,
Beş-üç kәmavazın xoşuna gәlmәk,

Lap min yaramazın xoşuna gәlmәk –
Bir xalqın xoşuna gәlmәk deyil ki!

Hәlә kefiniz kök,
Halınız xoşdur,
Hәrәniz bir ciyәr parası kimi,
Haçan qayıtsanız, yeriniz boşdur
sinәmdә bir güllә yarası kimi!..

***

Ömür bir alәmdir, qayğı min alәm.
Qayğıdan don biçәk düzә, dağa da.
Di gәl, başqaları küsmәz deyirәm,
Bir az gün ağlasaq özümüzә dә.

Bir az gün ağlasaq – dünya dağılmaz,
Eldә yetim qalan işıqlara da.
Sübhәcәn gözlәrә qanlar sağılmaz,
Bir az gün ağlasaq aşıqlara da.
   358   359   360   361   362   363   364   365   366   367   368