Page 169 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 169
hәvәsim olur, Nigar Rÿfibÿyli
Nә macalım,
Bir dә yerdәn üzülüb 169
durna olmağa.

Sәnsiz

Bir son bahar da düşdü
ömrümün tәqvimindәn,
Nә sәnә mәhәbbәtim,
nә hәsrәtim azaldı.
Özüm dә heç bilmirәm
niyә bir ömür boyu
Gözüm uzaq yollarda –
sәnin yolunda qaldı.
Bir qocaman dağ olsan
sәni vurub yıxardım.
Ürәyimdәn әn incә
teli necә qopardım?
Dünyada gözәl dә çox,
gözәl ürәklәr dә çox.
Şirin-şirin arzular,
incә dilәklәr dә çox.
Bir sәn oldun könlümün
yaxın dostu, hәmdәmi.
Sәn olmazsan tutmazdı,
bәlkә, әlim qәlәmi.
Sәn olmazsan baharın
yazın әtri olmazdı.
Sәn olmazsan bir dünya
sevinc belә çox azdı.
Baharın çiçәklәri
açıb solmasın sәnsiz.
Ömrüm sәnsiz olmasın,
şeirim olmasın sәnsiz.
   164   165   166   167   168   169   170   171   172   173   174