Page 173 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 173
Zeynal Xÿlil

Şair olmaq istәdim mәn... 173

Şair olmaq istәdim mәn...
Әynimdә boz, köhnә şinel.
Dörd yanımda ölüm vә qan,
Mәni әsgәr etdi zaman!..
Şair deyil, әsgәr oldum...
Tarixlәrә әsgәr kimi
Yazılacaq mәnim adım,
Mәn bu adı daşımaqdan
Yorulmadım, usanmadım.
Bu ad mәnim şöhrәtimdir!

Bu ad mәnim qüdrәtimdir!.
Şair deyil, әsgәr oldum...
Ömrüm boyu sәngәrlәrdә
Keçә-keçә od içindәn:
Bu yaxşıdır! Dedim bәzәn.
Әsgәr oldum bu susmayan,
Qasırğalı vә tufanlı,
Daim belә dәliqanlı
20-ci әsrimә mәn!
Süngü – mәnim qәlәmimdir!
Cәbhәlәrdә yağıların
Ordusunu poza-poza,
Öz şeirimi mәn onların
Sinәsinә yaza-yaza
Yollar açdım sәadәtә,
Yollar açdım ilk bahara,
Әsarәti, fәlakәti
Boğazından çәkib dara!
Qulluq etdim mәn әsrimә
Hәr gün mahnı deyә-deyә;
Bәzәn onun kürәyinә
Zopa ilә döyә-döyә!..
   168   169   170   171   172   173   174   175   176   177   178