Page 174 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 174
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Şair deyil, әsgәr oldum...
Әsgәr oldum Vәtәnimә,
Әsgәr oldum partiyama,
Әsgәr oldum yaraşıqlı
Vә möhtәşәm bu dünyama!
Qılınc vurub qorudum mәn
Azadlığı, sәadәti,
Ulduzdakı gözәlliyi,
İnsandakı mәhәbbәti.
Mәn qorudum sәhәrlәrin
Döşündәki bu gümüşü,
174 Mәn qorudum körpәlәrin
Üzündәki bu gülüşü;
Mәn qorudum qardaşlığı,
Ülviyyәti qorudum mәn;

Zamandakı bu sürәti,
Kamaldakı bu mәnanı,
Bu vüsәti qorudum mәn!..
Bu iş uzun çәkәcәkdir!..
Sәngәrdә dә mәzuniyyәt,
İstirahәt yoxdur mәnә!..
Әgәr ölsәm...
Dostlar, nә qәm,
Sabah qalxıb, bu dünyaya
Yenә әsgәr gәlәcәyәm!..
Şair olmaq istәdim mәn...
Әynimdә boz, köhnә şinel,
Dörd yanımda ölüm vә qan,
Mәni әsgәr etdi zaman!..
   169   170   171   172   173   174   175   176   177   178   179