Page 179 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 179
Balaø Azÿroülu

Azәrbaycan 179

Әziz Azәrbaycan, ey gözәl diyar,
Anamın mehriban qucağı sәnsәn.
Könül tәrlanının uçub qonduğu,
Onun çox sevdiyi budağı sәnsәn.

Sәnsәn düşündüyüm sәnsәn andığım,
Mәn bu dünyada arxalandığım.
Yetәr alışdığım, yetәr yandığım,
Şirin qәlbimin sorağı sәnsәn.

Qoy açsın könlümü sözlәrim mәnim,
Sәndәn nicat umur gözlәrim mәnim.
Hәlә әyilmәyib dizlәrim mәnim,
Çünkü o dizlәrin dayağı sәnsәn.

Desәm dә vurğunam, divanә sanma,
Mәn ki öz oğlunam, biganә sanma.
Bir şәmsiz, atәşsiz, pәrvanә sanma,
Yandığım odların ocağı sәnsәn.

Qoy bilsin ey vәtәn bu alçaq yağı,
Solmaz baxçamızın yaşıl yarpağı.
Sәn Babәk yurdusan, Azәr torpağı,
Aslanlar oylağı, yatağı sәnsәn.
   174   175   176   177   178   179   180   181   182   183   184