Page 166 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 166
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Neylәyim

Ala gözlüm, sәndәn ayrı gecәlәr
Bir il kimi uzun olur, neylәyim?
Bağçamızda qızılgüllәr hәr sәhәr
Tezdәn açır, vaxtsız solur, neylәyim?

Nәrgizlәrin gözü yaşla dolanda,
Bәnövşәlәr baxıb qәmgin olanda,
Qәrәnfilin gözü yolda qalanda,
Yasәmәn saçını yolur, neylәyim?

Әsәn ruzgarın da yoxdur vәfası,
166 Düşmüşdür başına özgә sevdası.

Lalәnin çırılıb qәmdәn yaxası,
Saçları pәrişan olur, neylәyim?

Bәlkә, tez gәlәsәn, әlac verәsәn,
Sünbülün saçını yığıb hörәsәn,
Әlvan çiçәklәri özün dәrәsәn,
Gözlәri yollarda qalır, neylәyim?

Çәkir çiçәklәrin gözü intizar,
Ayrılıqdan betәr dünyada nә var,
Bu bahar axşamı sәni bax, Nigar
Hәzin-hәzin yada salır, neylәyim?

Ayrılıq

Mәn ki, doymamışdım heç vüsalından,
Mәnә zülm elәdi yaman ayrılıq.
Nә olardı bir gün durub yuxudan
Görәydim ki, olub yalan ayrılıq...

Biz ki, bir ruh idik iki bәdәndә,
O gülüb-sevinsә gülәrdim mәn dә,
Vüsalın bülbülü uçub gedәndә,
Daş kimi qәlbimdә qalan ayrılıq.
   161   162   163   164   165   166   167   168   169   170   171