Page 167 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 167
Nigar Rÿfibÿyli

Kim qıydı dostların bahar elinә? 167
Mehriban sözünә, şirin dilinә,
Cananın sazını alıb әlinә,
Әğyar mizrabıyla çalan ayrılıq.

Mәn görәndә orda yaz sәhәriydi,
Xoş nәfәs baharın külәklәriydi,
Açılan ağ badam çiçәklәriydi,
İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların әriyәr qarı,
Pozulmaz dostların әhdi, ilqarı,
Keçәr ürәk dәrdi, könül qubarı,
Gәl etmә meydanda cövlan, ayrılıq!

Dәnizin sәsi gәlir

Unutmaq istәyirәm xatirәlәri,
Dәnizin sәsi gәlir...
Unutmaq istәyirәm
Qәlbimin sınıq mәhәbbәtini,
İztirablı bir eşqin hekayәtini.
Unutmaq istәyirәm
Acı-şirin xatirәlәri,
Dәnizin sәsi gәlir.
Dәniz, sevdalı dәniz,
Әfsanәlәr kimi şirin, xәyali dәniz,
Sevmişәm dalğalarında,
Günәşindә yanmışam.
Qumlu sahillәrini
Yalınayaq gәzib dolanmışam.
Mәhәbbәtim sәnә bağlı, dәniz.
Sinәsi sinәm kimi hicran dağlı dәniz.
Unutmaq istәyirәm
Sahilindә şirin yuxular kimi keçәn
Hәzin axşamları,
Günәşli sәhәri,
   162   163   164   165   166   167   168   169   170   171   172