Page 10 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 10
liy”in!) müdafiəsində məhz poeziya dayanmış, öz məsləki yolunda məhrumiy-
yətlərə məruz qalmaqdan, qurbanlar verməkdən çəkinməmişdir. Cavidin, Müş-
fiqin… faciəli taleyi bunu sübut edir.

Poeziyaya 20-ci, 30-cu; 50-ci, 60-cı və 70-ci, 80-ci illərdə gələn üç nəsil
arasında əhəmiyyətli fərqlər mövcuddur. Xüsusilə o baxımdan ki, birinci
nəsildə ictimai tərənnüm, ikinci nəsildə təzad, üçüncü nəsildə isə fərdi yaşantı
aparıcı ideya-estetik metod-təmayüllərdir… Yaradıcılığa 90-cı illərdə gələn nə-
sil isə, Azərbaycanda, prinsip etibarilə, müstəqillik dövrünün poeziyasını
yaradır…

Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü, millət vəkili

10
   5   6   7   8   9   10   11   12   13   14   15