Page 15 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 15
ßôçÿëÿääèí Õàãàíè
*** 15
Ey nazlı gözәl, şur ilә meyxanәdә rәqs et!
Mәst ol, çal, oxu, mәclisi-mәstanәdә rәqs et!
Rәqqasә әgәr mәst ola, şövq ilә edәr rәqs,
Ey badә, bir az sәn dә bu peymanәdә rәqs et!
Adabı atıb, arı burax, boş sözә baxma,
Mәhrәm dә yaxındır bizә, biganә dә, rәqs et!
Batindә fәqәt aşiq ilә rәqs elә, zahir –
Aqil dә sәnә söylәsә, divanә dә, rәqs et!
Mәlumdu, tәkәbbür aparır zövqü sәfanı,
Bәzәn uşaq ol, sәn elә tiflanә dә rәqs et!
Bir ov yarasından tökülәn qan kimi qayna,
Coşqun ürәk ol, sineyi-pәrvanәdә rәqs et!
Xaqani, gedib bağdakı bülbüllәrә uyma,
Bayquşların avazına viranәdә rәqs et!