Page 19 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 19
Íèçàìè Ýÿíúÿâè

Rәhm eylә dedim, sel kimi göz yaşımı tökdüm 19
Kim, qanım ilә oynama, ey afәti-dövran!

İnsafın әgәr var isә, söylә, bu Nizami,
Sәnlә necә rәftar elәsin, ey mәhi-taban?

***

Yenә tövbә evimi eşq xәrab etmәdәdir,
Aşiq iftarını sevda meyi-nab etmәdәdir.

Könlümә bir mәlәyin sevgisi od saldı, adı,
Günü dә, Zöhrәni dә göydә sәrab etmәdәdir.

Onun eşq atәşi hәr qәlbә girәr, amma nәdәn,
Tәk mәnim qәlbimi atәşdә kәbab etmәdәdir?

Gözlәrin baxdı mәnә, söylәdi: “Sәbr et, sәninәm”,
Doğrusu, sәbr edәrәm, ömr şitab etmәdәdir.

Ahu gözlülәri yatmış zaman ovlar ovçu,
Ömr röyadә şikar olmağa tab etmәdәdir.

Mәslәhәtdir, mәni qovmaqdan isә versin әzab,
Yar bunu yaxşı düşünmüşdür, әzab etmәdәdir.

Gәr Nizamini xәta isә hәlak etdirmәk,
Aşiqәm, yar mәni öldürsә sәvab etmәdәdir
   14   15   16   17   18   19   20   21   22   23   24