Page 22 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 22
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Apardı könlümü bir xoş qәmәr yüz, canfәza dilbәr,
Nә dilbәr? Dilbәri-şahid. Nә şahid? Şahidi-sәrvәr.

Mәn ölsәm sәn büti-şәngül sürahi, eylәmә qül-qül,
Nә qül-qül? Qül-qüli badә. Nә badә? Badeyi-әhmәr.

Başımdan getmәdi hәrgiz sәninlә içdiyim badә,
Nә badә? Badeyi-mәsti. Nә mәsti? Mәstiyi-sağәr.

Şәha, şirin sözün qılır Misirdә bir zaman kasid,
22 Nә kasid? Kasidi-qiymәt. Nә qiymәt? Qiymәti-şәkkәr.

Tutuşmayınca dәr atәş bulunmaz xislәti-әnbәr,
Nә әnbәr? Әnbәri-suziş. Nә suziş? Suzişi-mәcmәr.

Әzәldәn cam içindә yazıldı surәti-mәni,
Nә mәni? Mәniyi-surәt. Nә surәt? Surәti-dәftәr.

Hәsәnoğlu sәnә gәrçi duaçıdır, vәli sadiq,
Nә sadiq? Sadiqi-bәndә. Nә bәndә? Bәndeyi-çakәr.

***

Necәsәn, gәl, ey yüzü ağım bәnim?
Sәn әritdin odlara yağım bәnim.

And içәrәm sәndәn artıq sevmәyim,
Sәnin ilә xoş keçәr çağm bәnim.

Hüsn içindә sana manәnd olmaya,
Әsli yuca, könlü alçağım bәnim.

Al әlimi irәyim mәqsudimә,
Qoyma yürәkdә yana dağım bәnim.
   17   18   19   20   21   22   23   24   25   26   27