Page 8 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 8
Göründüyü kimi, şair, bir tərəfdən, Azərbaycan şeirinin keçdiyi tarixin
ideya axtarışları, tərəddüdləri barədə bəhs edir, digər tərəfdən isə, onun
ideallarının əsaslarını formulə etməyə çalışır ki, heç şübhəsiz, bunlar bir-biri
ilə sıx bağlı olan ciddi nəzəri problemlərdir. O mənada ki, hər dövrün
özünəməxsus, aydın tipologiyası ilə seçilən poeziya qəhrəmanları mövcuddur…
Və müşahidələr göstərir ki, Azərbaycanda milli ictimai şüurun formalaşmasına,
yəni XIX əsrə qədər poeziyanın əsas qəhrəmanı İnsan, XIX, xüsusilə XX əsrdə
isə Millətdir. Lakin müasir poeziyada İnsan amilinin daha da gücləndiyi
müşahidə olunur ki, bu barədə hələ XX əsrin sonlarında Vaqif Səmədoğlu
xəbərdarlıq edərək şairləri “millət, dövlət mövqeyindən insana enməy”ə
çağırmışdı.
Azərbaycan poeziyası tarixinin birinci dövrünü antologiyada Xaqani ilə
Nizami təmsil edirlər… Ümumiyyətlə, müsəlman intibahının məhsulu olan bu
dövrün poeziyasında lirika müəyyən yer tutsa da, əsas yaradıcılıq forması iri
8 həcmli (və geniş süjetli) poema-dastanlardır ki, onlar möhtəşəm mifik-tarixi
qəhrəmanların tərcümeyi-halı və ya taleyi kontekstində xeyir və şərin əbədi
mübarizəsindən danışaraq həmin mübarizənin fəlsəfəsini təqdim edirlər.
Әlbəttə, bu fəlsəfə dərin idraki kökləri, ümumbəşəri təcrübəsi olduğuna görə,
kifayət qədər fundamentaldır. Qədim Şərq, eləcə də yunan (xüsusilə Sokrat,
Platon, Aristotel) intellektindən gələn ideyalar orta əsrlər müsəlman müdrikliyi
(və kanonları) süzgəcindən keçərək sinxron bir metafizika təşkil etsə də, dövrün
insanlıq idealı, xoşbəxt cəmiyyət axtarışları modelləşmiş fəlsəfi normalarla
bəzən açıq dialoqa gətirib çıxarır.
İzzəddin Həsənoğlu, Nəsimi, Xətai, Füzuli ilə təmsil olunan ikinci dövrün
poeziyası həm məzmun, həm də formaca əvvəlki dövrlərdəkindən əsaslı şəkildə
fərqlənir. Hər şeydən əvvəl o baxımdan ki, iri həcmli (və geniş süjetli) əsər-
lərdən, demək olar ki, bütünlüklə imtina olunaraq lirika (onun ən populyar
janrı qəzəl) ön plana keçir… Bu dövrdə poeziyanın üç əsas qəhrəmanı var:
Aşiq, Məşuq və Eşq. Aşiqin missiyası canını Məşuqa (canana) qurban vemək-
dən ibarətdir ki, bu, dolayısı ilə, yaxud simvolik olaraq, Yaradılanın (cüzün)
Eşq yolu ilə Yaradana (küllə) qovuşması ideyasını ifadə edir. Ümumiyyətlə,
sufizm və ya daha beynəlmiləl anlayışla “panteizm” adlanan həmin fəlsəfi-es-
tetik dünyagörüşün məzmununu Füzuli “eşqdir hər nə var aləmdə, elm bir qeylü
qal imiş ancaq” deməklə əks etdirirsə, şeirdən “elmilik” tələb etməklə onun
mükəmməlliyinin əhəmiyyətini göstərir. Və Füzulinin şeirdə formaya – poetex-
nologiyaya həddindən artıq əhəmiyyət verməsi Mirzə Fətəlini “narahat” etmiş,
dahi sənətkar haqqında “Füzuli şair deyil, nazimi-ustaddır” demişdi… Yeni
dövrün böyük mütəfəkkirinin yeni ideya-estetik maraq mövqeyindən söylədiyi
bu fikir, bir tərəfdən, sufi-panteist poeziyanın fərdi üslub (şair!) müstəqilliyini,