Page 6 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 6
Azərbaycan poeziyası tarixinin dövrləşdirilməsində müəyyən mübahisələr
(bu da tamamilə təbiidir) olsa da, ümumi qənaət belədir ki, o, aşağıdakı
dövrlərdən keçmişdir:
1) I minilliyin ortalarından XIII əsrin əvvəllərinə qədər;
2) XIII əsrin əvvəllərindən XVII əsrin ortalarına qədər;
3) XVII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər;
4) XIX əsrin əvvəllərindən sonlarına qədər;
5) XX əsrin əvvəlləri;
6) XX əsrin 20-ci illərindən bu günə qədər.
Hər bir dövrün tərkibində müxtəlif mərhələlər də ayırmaq mümkündür ki,
bu, Azərbaycan poeziyası tarixini daha analitik və ya diferensial təsəvvür etmək
ehtiyacından irəli gəlsə də, fikrimizcə, elə ciddi elmi-metodoloji əhəmiyyət kəsb
etmir. Hər bir dövrün isə aydın tipologiyası ilə seçilən ideya-estetik, poetex-
noloji xüsusiyyətləri mövcuddur.
6 Görünür, ən ciddi problem Azərbaycan poeziyasının hansı mənbədən və
ya mənbələrdən törədiyini müəyyənləşdirməkdən ibarətdir ki, həmin problem,
ənənəvi olaraq, Azərbaycan xalqının tarixi taleyinə – etnogenezinə müna-
sibətdən irəli gələn iki prinsipial baxışla bir-birindən fərqli şəkildə “həll olu-
nur”. Birinci baxışın məzmunu ondan ibarətdir ki, ən qədim dövrlərdən
etibarən Azərbaycanın tarixi ərazisində məskunlaşmış müxtəlif mənşəli
etnosların müxtəlif dillərdə (və dünyagörüşlərdə) yaratdıqları bütün poetik
məhsullar bir küll halında Azərbaycan poeziyasını təşkil edir… İkinci baxış isə
yalnız türk mənşəli Azərbaycan xalqının poetik yaradıcılığını əsas götürür…
Lakin məsələ burasındadır ki, hər bir xalq həm yaşadığı coğrafiyanın, həm də
etnik mənsubiyyətinin varisi olduğundan Azərbaycan poeziyasının mənşəyi
məsələsinə multikultural metodologiya, yəni milliliklə ümumbəşəriliyin dia-
lektikasında baxmaq özünü daha çox doğruldur. Və bu metod bir də ona görə
optimal və ya prioritet sayılmalıdır ki, elə sonrakı dövrlərdə də həm şifahi, həm
də yazılı poeziyanın ən mükəmməl hadisələrini yalnız etnik atribusiya və ya
əlamətlərlə izah etmək mümkün deyil. Məsələn, Nizaminin, Füzulinin, Vaqifin,
hətta “Koroğlu” eposunun poeziyasında türkçülüyün aparıcı olması ilə yanaşı,
həm qədim ümumbəşəri poetik təfəkkür texnologiyaları iştirak edir, həm də
orta əsrlərdə ümummüsəlman mədəniyyətinin ciddi (kompleks!) təsiri olur ki,
bütün bunları etnokulturoloji hüdudda izah etmək mümkün deyil. Hələ o da var
ki, XIX, XX əsrlərdə Azərbaycan poeziyasına modernist missiya ilə elə mövzu-
lar, ideyalar, janrlar gəlir ki, bütünlüklə ümumbəşəridir və ya hətta, belə demək
mümkünsə, hər cür etnik-milli oriyentasiyadan məhrumdur… Ancaq bunlar
Azərbaycan poeziyasının bütün dövrlərdə istər məzmun, istərsə də formaca
eyni bir genotip üzərində qərar tutması kimi istənilən mükəmməl xalqın poeziya
tarixi üçün səciyyəvi olan universal (və populyar) fakt-hadisəni heç zaman