Page 7 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 7
ar etmir… Yaradıcılığı bütünlüklə fars dilində olan (ancaq maraqlı, xarak-
terik və məntiqlidir ki, nizamişünaslar hələ də dahi şairin türkcə – ana dilində
əsərlərini axtarır, hərdən də “tapırlar”) Nizaminin poetik təfəkkürünün
əsasında qədim (ümum) türk eposunun dayandığının heç bir mübahisə doğur-
madığı öz yerində, möhtəşəm poema-dastanlarında türk sözləri və ifadələrini
gen-bol işlətməsi, Türküstanda geniş yayılmış Makedoniyalı İskəndər obrazını
“İsgəndərnamə”də ideal fundamentallığı ilə qabartması (heç bir fars şairi,
təbii ki, milli təəssübkeşlikdən irəli gələrək, İranı zəbt etmiş yunan sərkərdə –
hökmdarını bu dərəcədə ideallaşdırmazdı) onun poeziyasının ideya- məzmunca
türklüyünü göstərir. Yaxud heç bir siyasi- məfkurəvi təzyiqə məruz qalmadan,
yalnız mədəni-mənəvi tələbata, dövrün estetik zövqünə görə həm türk, həm fars,
həm də ərəb dilində yazmış Füzuli, yeri gəldikcə, özünün (və poeziyasının) türk-
lüyünü yada salır, özü də xüsusi təəssübkeşliklə yanaşı, yüksək mədəniyyətlə:
Ey feyzrəsani-ərəbü türkü əcəm, 7
Qıldun ərəbi əfsəhi-əhli-aləm,
Etdün füsəhayi-əcəmi İsadəm,
Bən türkəzəbandan iltifat eyləmə kəm, – deyir.
Şeirlərində bir dəfə də olsun nə “türk”, nə də “Azərbaycan” sözünü
işlədən Vaqif XVII–XVIII əsrlər milli intibahının təsiri altında Azərbaycan türk
poeziyasının sonrakı dövrlər üçün örnək olacaq ən gözəl əsərlərini yaradır. Və
məşhur təbirlə desək, “Füzulinin göylərdə pərvaz edən gözəllərini yerə
endirir”:
Ala gözlü, sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan, bəri bax!
Gecə-gündüz fikrü zikrü əzbərim,
Üzüldü taqətim, aman, bəri bax!
Özünün də dəfələrlə etiraf etdiyi kimi, şairlik dərslərini Füzuli ilə Vaqifdən
alan Səməd Vurğun isə həm yaradıcılığında, həm də nəzəri-estetik müha-
kimələrində “Azərbaycan poeziyası” anlayışını bir fenomen olaraq müt-
ləqləşdirir. Və deyir:
Nədən şeirimizin baş qəhrəmanı
Gah İrandan gəlir, gah da Turandan?
Bəs mənim ölkəmin varlığı hanı?..
Böyük bir şairin yazdığı dastan
Gah İrandan gəlir, gah da Turandan!..