Page 618 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 618
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Rahatlıq
Әmrah oğlunu yanına salıb qonşu kәndә, qızının evinә gәlәndә
hava qaralmışdı .Arvadı ölәndәn Әmrah yaman sınıxmışdı.
Hәr dәfә o arvad yuxusuna girәndә diksinib oyanardı, bütün
gecәni halı özündә olmazdı, sәhәr obaşdan bir qurtum su da içmәzdi, birbaş
qәbiristanlığa yollanardı.
Siftә-siftә qәbrin yan-yörәsini ot-әlәfdәn tәmizlәyәndә әlinә dinclik
vermәzdi, dayanıb bir hovur nәfәsini dәrmәzdi. İndi Әmrah hәr gәlәndә
qәbrin bir böyründә, yaş torpağın üstә heysiz-hәrәkәtsiz oturub qalardı, gün-
gündәn boy atıb uzanan otlara baxıb köksünü ötürәrdi.
Oğlu dünәn gәlmişdi. Gәlmişdi, ev-eşiyi satıb atasını özüylә şәhәrә
618 aparsın. Әslindә, Surxayın pula ehtiyacı yox idi. Amma anası ölәndәn
Surxay elә bil qәflәtәn ayılıb bilmişdi ki, daha atasını bu evin umuduna qoy-
maq olmaz. Әvvәllәr illәrlә sәs-sorağı çıxmayan Surxay indi hәr ay atasını
yoluxmasa toxtaya bilmirdi.
Dünәn axşam Surxay axır ki, dillәndi. Әmrah bir xeyli fikirli-fikirli
oğluna baxıb sonra dinmәzcә yatmağa getdi. Surxay başa düşdü ki, atasını
aparmaq üçün bu ev-eşiyi dә yanına salıb özüylә şәhәrә aparmalıdı. Surxay
bu gecә çıxıb gedәcәkdi. İndi dә bacısıyla görüşmәyә gәlmişdi.
Darvazanı Dilbәr açdı. Әli-qolu sabunluydu. Deyәsәn, paltar yuyurdu.
Әmrah:
– Salam, – dedi, – әrin necәdi? – amma cavab gözlәmәdi, ağır-ağır
pillәkәni qalxdı.
Dilbәr atasının ardınca dönüb darvazanı bağlamaq istәyәndә qardaşını
görüb nәsә özünü itirәn kimi oldu. Çünki axırıncı dәfә anasının dәfnindә
rastlaşdığı qardaşı hәlә indiyәcәn onun evinә ayaq qoymamışdı.
...Elә o vaxt da hәyәt-bacanın adamla dolu olduğu hәmin o gündә dә
qardaşıyla görüşәcәyi Dilbәrin ağlına da gәlmәzdi. Kişilәr hәyәtdә üç-üç,
beş-beş dayanıb söhbәtlәşirdilәr. Әmrah da o kişilәrin içindәydi, tez-tez ey-
vana qalxırdı, gözucu meyitә baxırdı, sәssizcә qayıdıb kişilәrin arasına
girirdi, cibindәn tәsbeh çıxarırdı, amma fırlatmırdı, tәsbehin dәnәlәrini
bircә-bircә ağzına aparıb dişiylә çәynәyә-çәynәyә, deyәsәn, bir balaca
toxtaqlıq tapırdı.
Eyvana yığılan arvadların hönkürtüsü hәyәti başına götürmüşdü.
Pәrinisә arvadın meyiti eyvanın düz ortasındaydı. Dilbәr meyitin baş
tәrәfindә oturmuşdu, ağlamayan da elә tәkcә özüydü. Dilbәr, deyәsәn, çox
ağlamışdı, yorulmuşdu, indi dә dırnaqlarıyla dinmәzcә üz-gözünü cırırdı.