Page 616 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 616
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

göstәrib – elә gördüyüm kimidir, yәqin, yenә dә ot biçir, – deyәrdim vә
onunla sәmimi görüşәrdim. Sonra Toxmaçardakı yerimizi göstәrәrdim. Bir
tәrәfi Gülnisәgil, bir tәrәfi Mirkişigilin yerlәrinә baxardım vә öz-özümә
gülәrdim. Nazimlә ot üstündә dalaşdığım günlәri xatırlayardım.

Axşamlar futbol oynayardım. Sәnsә top daşıyardın. Balacasan axı.
– O günü Nadirgilin komandasına 12 qol atdım – Orxan deyir vә mәni
inandırmaq istәyir ki, top daşımaq onun işi deyil.
– Biz kәndә qatarla gedәndә qatarın nәğmә oxuyan tәkәrlәrinin sәsinә
qulaq asardım. Taq-taq-daqadat-daq. Bunlar hamısı bir zamanlar olmuşdu.
– Bәs indi niyә yoxdu ki? – Orxan soruşur.
– Düşmәnlәrdәdir – deyirәm. Beş qardaş bizi gözlәyәn anamızı qoruya
bilmәdik.
Bu sözlәri deyәrkәn istәr-istәmәz gözüm dolur vә anamı yenә dә
616 Arazın qırağında durub bizi gözlәyәn görürәm. Bir zamanlar mәn onun
bәtnindә olarkәn dә, belәcә Arazın qırağında durub mәnim doğulmağımı
gözlәyib. O zamanlar, yәqin, mәn dә onun düşüncәlәrinә uyğun böyüyürmü-
şәm. Yәqin, elә ona görә dә әn çox anama oxşamışam. Qardaş-bacılarımı
da bir qarında yatdığımıza görә çox istәyirәm. Hәrdәn düşünәndә ki, anam
onları da bax belәcә qarnında gәzdirib, bizә eyni nәğmәlәri oxuyub, eyni
laylaları deyib, eyni döşdәn süd verib, eyni әllәrlә qucağına götürüb oy-
nadıb, bizi eyni dәrәcә dә sevib, – bax onda mәn qardaş-bacımı sevirәm.
Bütün bunları tәsәvvür etmәsәn vә düşünmәsәn ki, bu uşaqlar sәni hәyata
gәtirәn ata-anandır onları sevә bilmәzsәn. Sәn ata-ananın әvәzindәn onları
sevmәyә mәhkumsan.
– Mәn böyüyәndә düşmәnlәri ordan qovacam! – Orxan uşaq sadә-
lövhlüyü vә tәmizliyiylә deyir.
– Kәndimizә qayıdanda mütlәq anamın qәbrini ora apararıq, atamın
yanında basdırmaq üçün, – deyirәm vә Orxanın әlindәn tutub evә tәlәsirәm.
Dәmir qapını açıb hәyәtә girirәm. Pensioner toyuqlar qabağıma qaçır.
“Görәn, kәndimizdә hava necәdir” – öz-özümә düşünürәm. “Yәqin,
gün çıxıb” – hava proqnozunu özüm verirәm. Bayırda isә hava yağış qoxu-
yur...
Kimsәsiz mәzarlara yağış damır, yәqin…
   611   612   613   614   615   616   617   618   619   620   621