Page 288 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 288
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Ümumiyyәtlә, tanıyanlar arasında elә bir adam vardımı ki, Şәppәlinin
adı gәlәndә dodağı qaçmayaydı, gözlәri gülmәyәydi? Yoxdu. Bakıda da,
sovxozda da. Amma Şәppәliyә görә, onu duymayan, onun adı gәlәndә
gülümsәmәk әvәzinә qaşqabaq sallayan tәk bir adam vardı ki, o da öz iş
yoldaşı – baş mühasib Mursaqulu idi. Uzun-uzun illәr әrzindә bir otaqda,
yanaşı stollarda oturduqlarına baxmayaraq, Şәppәli bu qaradinmәz,
mısmırıqlı adamla ülfәt, ünsiyyәt bağlaya bilmәmişdi. Bir mühasib kimi,
düzlük tәrәfdarı, namuslu vәtәndaş kimi Mursaqulu, bәlkә dә, pis adam
deyildi. Amma bir hәmsöhbәt, ürәk-dirәk yoldaşı kimi heç nәyә yarayan
deyildi. Elә ki Şәppәli başlayırdı Mәmmәdәn danışmağa, Mursaqulunun
dәrhal sifәti ciddilәşirdi. Doğrudur, nәzakәt xatirinә qәlәmini mürәkkә-
bqabına söykәyirdi, hәtta gözlәrini Şәppәlinin gözlüyünün şüşәlәrinә sarı
yönәldirdi, ancaq “hә, hm” elәmәkdәn savayı, bir kәlmә dә demirdi. O,
288 Şәppәlidәn, işdәn başqa hәyatın özündә “ümumiyyәtlә, ciddi olmağı, ciddi
şeylәr danışmağı” tәlәb edirdi. Mursaquludan hәr dәfә bunu eşidәndә Şәppәli
qәzәblәnirdi.

– A kişi, insan bәyәm elektrik hesablayıcısı-zaddımı ki, hәmişә ciddi
olsun? İnsan insandı! Lap ciddisi dә, görürsәn, sәrsәmlәyir. Mәsәlәn, budey,
sәn özün! Mәn sәnә Mәmmәdәn danışıram, deyirsәn “ciddi ol, ciddi şeylәr
danış!” Sәrsәmlәmә deyilsә, bәs nәdir bu?!

Şәppәli, onunla “düz sarımayan”, onun adı gәlәndә mısmırığını sal-
layan bu şәrti dostunun haqqında çox fikirlәşirdi. Mursaqulunun yaşı keçmiş
olsa da, Şәppәli onu da özü kimi “düzәldib adam elәmәk” istәyirdi. Bunun
üçün imkan da vardı, şәrait dә: imkan – Mәmmә, şәrait – “kәndçi balnisәsi”.

Bir sәhәr işә gәlәndә Şәppәli soruşdu:
– Bura bax, Mursaqulu, çoxdandı xәbәr almıram, böyrәklәrin yenә in-
cidirmi?
Mursaqulu başını tәrpәtdi, yәni – hә, incidir.
Hәr il avqust, sentyabr aylarında Mursaqulu birdәn iki-üç kisә dolusu
qarğıdalı saçağı yığırdı vә bütün qışı da, yazı da, yayı da çay әvәzindә qarğıdalı
saçağını qaynadıb suyunu içirdi.
Şәppәli stolunun arxasına keçdi, orta siyirtmәdәki “yağlı kağızlardan”
birini çıxartdı, qәlәmini mürәkkәbә batırıb başladı:
“Әzizim-gözüm Mәmmә. Bu kişi ki göndәrirәm yanına, mәnim şefim-
dir. Atan Orucun sağlığında da mühasib idi. Sovxozumuzun bütün ağırlığı
bu kişinin çiynindәdir. Bir yandan işinin çәtinliyi, bir yandan böyrәklәrinin
ağrısı bunu lap adamlıqdan çıxardıb, özün görәcәksәn, üz-gözündәn zәhәr
damır. Göndәrirәm ki, bunu da adam elәyib qaytarasan. Sәni bağrıma basıb
öpürәm. Orucun iyini sәndәn alan, qolu bağlı qulun Mәdәd”.
   283   284   285   286   287   288   289   290   291   292   293