Page 286 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 286
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

şikayәtlәnirdi. Şәppәlini isә hәmişә bir sual düşündürürdü: “Görәsәn, Oruca
oxşarı varmı?” İndi, iyirmi ildәn sonra mәrhum Oruc elә bil möcüzә ilә
dirilib qarşısında dayanmışdı. Vaxtı ilә Bakıda kursda oxuyub qayıdanda
Oruc da eyni ilә bu cür arıq, zәrif, ağbәniz oğlandı. Görәsәn, necә olmuşdu
ki, Şәppәli bu oğlanı dәrhal tanımamışdı?

Kişi o qәdәr riqqәtlәndi ki, hәtta illәrin uzaqlığından Orucun sәsini
eşitdi: “Bir molla tanıyıram. Adı molladı, özü loğman. Gedәk onun yanına.
Var-yoxdan çıxsam da sәni sağaldacam!” Bunun ardınca, “dirilmiş Oruc” –
Mәmmә dillәndi:

– Hә, oxşarım varmı, dayı?
Şәppәli ağladı.
– Orucun torpağı sanı yaşayasan, sәnә qurban olum!
...Mәmmә onu bir ay, ayrıca palatada müalicә etdi.
286 Hәr dәfә palatanın qapısını açanda, eynilә mәrhum atası kimi, sakitcә
gülümsәyirdi:
– Molla gәlir şapalaqlamağa!
– Gәlsin, gәlsin, mollama qurban olum! – deyә Şәppәli hәr dәfә
kövrәlirdi. Lakin “molla şapalağı” әvәzindә Şәppәlinin üzünә “hallıca-dul-
luca bir gәlinin”, olduqca xoşxasiyyәt bir şәfqәt bacısının “pilәtәk yumşaq”
әllәri dәyirdi; şәfqәt bacısı gündә üç dәfә onun sifәtini “mazlarla massaj”
elәyirdi, “şәppә suyu” әvәzindә isә müxtәlif vitaminlәr içirirdi.
“B-1” vitamininә Şәppәli “Bәbir” deyirdi, “S-1”-ә isә “Sәbir” deyirdi.
Mәmmә lәzzәtlә qәhqәhә çәkirdi.
– Bәs bunların cәmi nәdir, dayı?
Şәppәli cavab verirdi ki:
– Bәbirlә sәbirin cәmindәn kişi törәyir, qurbanın olum! Mәdәd kişi!
Әlbәttә, heç kәs uzun illәrin vәrdişini atıb Şәppәlini ayrı cür çağırmadı.
“Ağzı qayıdıb yerindә dursa da” adı elә Şәppәli qaldı.
Xәstәxanadan çıxandan çox-çox sonralar, pay-puş yüklәnib
Mәmmәnin yanına gedәndә Şәppәli deyirdi:
– Rayondan sovxoza zәng vururlar: “Danışan kimdi?” Deyirәm:
“Mәdәd kişidir”. Deyirlәr: “Mәdәd kimdir? Biz elә adam tanımırıq”.
Deyirәm: “Hesabdar Mәdәd!” Xәbәr alırlar ki, “sizi orda tәzәmi götürüblәr
işә?” Axırda әlacım kәsilir, deyirәm: “Danışan Şәppәlidir”. Başlayırlar
mәzәmmәtә ki, “A kişi, bayaqdan belә desәnә! Altmış yaşında, durub
tәzәdәn özünә ad qoyursan!”
Belәliklә, ad qaldı, “Bәbirlә sәbirin cәmindәn” tamam ayrı şey –
Şәppәlinin “Mәmmә” adlı yeni dünyası yarandı. “Balans stәkanı”, sağlıqlar,
“kәndçi balnisәsi”nә mәktublar... İş o yerә çatdı ki, nәhayәt, Mәmmә özü
   281   282   283   284   285   286   287   288   289   290   291