Page 242 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 242
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Tәbrik teleqramı

Cәbi çoxdan yatağa girsә dә yuxulamamışdı. Sayını itirmişdi,
axşamdan bәri neçәnci dәfә idi ki, vurduğu teleqramın
әzbәrdәn bildiyi sözlәrini dönә-dönә ürәyindә tәkrar elәyirdi
vә özündәn çox razı idi ki, bu bәlağәtli sözlәri seçib mirvari dәnәlәri kimi
yazmışdı tәbrik teleqramına.
“Sәhәr-sәhәr Xәlfә Hatәmzadә evdәn çıxmamış poçtalyon Nәcәf kişi
teleqramı aparıb verәcәk ona, oxuyub feyzyab olacaq... Bu onun aldığı ilk
tәbrik teleqramı olacaq, birinci teleqram yaddan çıxmır. Nә ağıllı iş görüb
teleqramı raykoma yox, Xәlfә Hatәmzadәnin evinә göndәrmişәm.
Raykomda mәni istәmәyәn bir xәbisin әlinә düşәrdi. Mәnimkini basardı o
242 biri teleqramların altına, elә tәsiri olmazdı”.
Cәbi srağagün yoldaşlarından eşidәndә ki, birinci katib Xәlfә
Hatәmzadә plenumqabağı Bakıda yerini bәrkidib qayıdıb rayona, bu seçkidә
dә ona zaval yoxdu, ümidlәri alt-üst oldu. Cәbi belә yәqin elәmişdi ki, Xәlfә
Hatәmzadә rayonlarında çoxdan işlәyir, bu dәfә onu başqa rayona apararlar,
yerinә ayrısı gәlәr, tәzә adamla dil tapıb işini düzәldәr, tәsәlli tapmışdı.
Ötәn gün Xәlfә Hatәmzadә yerindә qalacağını eşidәn Cәbi mәyus olub
o gecәni dә belәcә obaşdanacan oyaq qalmışdı. Fikir götürmüşdü onu,
demәk indәn belә bir il dә mәngәnәdә sıxılacaqdı vә yenә dә qalacaqdı
rayon mәrkәzi ilә Buludlu kәndi arasında. Hәr gün o baş, bu başlı otuz üç
kilometrlik yolu gedib geri qayıtmaq onu tәngә gәtirmişdi.
Yaxında bişirilәn kabab iyinә tamsınan ac adam kimi Cәbi ötәn firavan
günlәrinin hәsrәtilә köks ötürdü. Bir vaxt vardı ki, rayonda sayılan, böyük
yığıncaqlarda rәyasәt heyәtindә Xәlfә Hatәmzadәnin sağında, solunda
әylәşәn on-on beş kişidәn biriydi. Rayonda maarifә başçılıq edirdi.
Ötәn payız bir axşam cavan bir müәllimin toy mәclisindә keflәnib
artıq-әskik nәsә demişdi. Mәclisdәkilәrdәn kimsә onun sözlәrinin üstünә
beş-altısını da qoyub sәhәr aparıb yazmışdı birinci katibin ovcuna. Xәlfә
Hatәmzadә bәrk qәzәblәnib demişdi ki, Cәbi Dәrvişov yaman harınlayıb,
bәsdi, ona yerini “göstәrmәk mәqamı yetişib”. Birinci katibin bu sözündәn
sonra Cәbini şöbә müdirliyindәn çıxarıb, rayonun ucqar kәndlәrindәn birinә
adi әdәbiyyat müәllimi göndәrmişdilәr. Özü dә yarımştat maaşla. O vaxtdan
Cәbi boynubükülü qapı dalında qalmışdı.
Rayonlarına gәlәn neçә birinci katibin dövründә hәmişә göz qabağında
olmağa alışan Cәbi indi kәnara atılmasını özünә ağır dәrd elәmişdi. Daha
dözә bilmirdi, hiss elәyirdi ki, bu fikir, bu xiffәt tez-gec axırına çıxacaq,
   237   238   239   240   241   242   243   244   245   246   247