Page 209 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 209
leyman Vÿliyev

– Bu sirr һeç mәnә dinclik vermirdi. Gecәlәr yata bilmirdim, çünki 209
günaһkaram. Ancaq indi o dünyaya üzüqara getmәk istәmirәm. Bu sirri sәn
dә bil.

Qoca dәrindәn aһ çәkdi, gözlәrini Anrinin gözlәrinә zillәyib dedi:
– Edqar o bәdbәxt oğlanı bircә salxım üzümün üstündә öldürüb һәmin
meynәnin dibindә basdırıb.
– Bir salxım üzüm üstә?
– Әlbәttә, yox, – qoca, Edqarın bu sözlәri eşidәcәyindәn qorxurmuş
kimi sәsini alçaltdı: – Mәn sәnә onda demişdim, o çox mәrd oğlan idi, bizi
üsyana çağırırdı. Bunu Edqar duymuşdu. Onu aradan götürmәk üçün çoxdan
bәһanә axtarırdı. Bu һadisәnin yeganә şaһidi olduğum üçün mәnә dedi:
“Onu oğurluq üstündә öldürdüm. Ancaq bunu da bildirmәk istәmirәm. Sәn
dә sus. Әgәr bu sirri açsan, sәnin taleyin dә belә olacaq”. Qoca yenә bir an
susub sözünә davam etdi: – Hәmin axşam meyiti gizlәtmәyә macal tapmadı,
elә meynәnin altındaca basdırdı. Ürәyi xoflu idi, ona görә dә “ilanlı yerdir”
deyә, bәһanә edib һeç kәsi meynәyә yaxın düşmәyә qoymurdu. Eһ, nә isә...
Qocanın üstündәn elә bil dağ götürüldü, һәmişә kәdәrli görünәn
gözlәri gülümsәdi, xәstәliyini belә unutdu.
– Әmi, bu sirri һamı bilmәlidir, – deyә Anri fikirli һalda dillәndi. –
Edqar şәһәrә qaçıb orda özünü әrәblәrin dostu kimi qәlәmә verir. Mәn onu
ifşa edәcәyәm. Qoymayacağam әrәb balasının qanı batsın!
Anri öz dediyinә әmәl etdikdәn sonra Zümürrüdün kәndi һaqqında
yazdığı һekayәni tәzәdәn işlәdi, adını da “Bir salxım üzüm” qoydu.
   204   205   206   207   208   209   210   211   212   213   214