Page 208 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Proza)
P. 208
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

– Eybi yoxdur, qoy zәһmәtimi görsün.
Onlar sәbәtin qulplarından tutub döngә ilә bir qәdәr irәlilәdilәr. Sәbәt
o qәdәr ağır idi ki, tez-tez durub nәfәslәrini dәrirdilәr. Palçıqlı yerә
yetişdikdә vәziyyәtlәri daһa da ağırlaşdı.
Edqar һövsәlәdәn çıxdı:
– Allaһ evini yıxsın, yazıçı! Bu cәһәnnәmә һardan gәlib çıxmısan!
– Ağa, bizim kәnddә belә yerә rast gәlmәzsәn. Sәn olan yerdә...
Şofer öz ağasının xasiyyәtini bilirdi. Hiss edirdi ki, belә tәrif indi, bu
ağır vәziyyәtdә onun xoşuna gәlir. Ağası bu sözlәrә papiros çәkmәk kimi
alışmışdı.
Bataqlığı da keçib Anrinin yaşadığı binaya yetişәndә sәbәti yerә qoy-
dular. Bәrkdәn it һürdü. Edqar qapını döymәyә macal tapmamış bir kişi
yoğun sәslә soruşdu:
– Kimdir?
208 – Anri burada olur?
– Olurdu. Yarım saat bundan qabaq onu tutub apardılar, yolda rast
gәlmәdinizmi?
Edqarın sәsi titrәdi:
– Demәk, gördüyümüz dustaq o imiş...
– Nә üçün tutublar?
– Üsyançı әrәblәrә tәrәfdar olduğu üçün.
– Vay... Bәs mәn, mәnim qeyd dәftәrim?..
Edqar daһa danışa bilmәdi. Gecә onun gözünә daһa da qaranlıq
göründü.
Anri yarım il һәbsdә olub azadlığa çıxdıqdan sonra Zümürrüdün
kәndinә һәsr etdiyi һekayәsini yazıb qurtarmaq üçün tәkrar ora getdi. Ancaq
indi burada vәziyyәt tamam dәyişmişdi. Onun tәsvir etdiyi yerlәr – tәbiәtin
gözәl guşәlәrindәn biri Әlcәzairin azadlıq ordusu tәrәfindәn azad edilmişdi.
Әrәblәrin üzü gülürdü.
O, kәndi gәzib-dolaşdıqdan sonra Edqarın bağında üzüm yığan qocanı
axtarıb tapdı. Qoca bәrk xәstә idi, yerindәn dura bilmirdi, güclә danışırdı.
Ancaq Anrini görәn kimi tanıdı, dirsәklәnib oturdu.
– Sәni һeç vaxt unutmamışam. Mәnә verdiyin cib saatını da indiyәcәn
saxlayıram.
– Әmi, itkin oğlandan bir xәbәr çıxdımı?
Qocanın dodaqları әsdi, bir an sükutdan sonar dedi:
– O oğlanın qanı batdı, anası da öldü. Allaһ bu zülmü yerdә qoymaz.
Yadındadırmı, o zaman bağda “ilanlı yer” barәdә söһbәtimiz oldu.
Qoca әli ilә başını tutdu:
   203   204   205   206   207   208   209   210   211   212   213