Page 60 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 60
Zakir F XRİ Zakir FAKHRI
üzüqoylu baxdı ulduzlara,
hәrәsi bir xurşuddu...
O gün Mәliyә baxıb
ulduzlar da
üz-gözünü turşutdu...
XII
Qonşumuz Qara Mәlik
düşdü naxışa bir gün.
Açıldı bәxti gül-gül,
Ürәyinin qüssә-qәmi
yanıb oldu kül.
Daş-kәsәk dә
ayaqları altında
dönüb oldu ipәk tül.
Qara Mәlik
kef çәkir o gündәn.
Kef çәkir, gәl görәsәn.
Yağışa da düşdü, fәrqinә varmır.
Qarğışa da düşdü, fәrqinә varmır.
Yoxuşa da düşdü, fәrqinә varmır.
Amma yazıq Qara Mәlik
kef çәkә-çәkә
dәrd çәkir o gündәn.
Dәrd çәkir, gәl görәsәn.
Yorulub düşüb heydәn,
әlini üzüb göydәn.
Torpağa bağlayıb
Qara Mәlik
ümidini birdәfәlik!
1982
60