Page 58 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 58
Zakir F XRİ Zakir FAKHRI
Əriyәrdi kәdәri istisindә.
Qüssә-qәmlәrini
kürüyәrdi canından
o sevgili baxışlar.
Tәzәdәn doğulardı Mәlik.
Axşam azanında
әlini qulağına aparıb
quş sәsiylә oxuyardı:
“Qara Mәlik, hәyat bir şirin yuxu,
Bәşәr tarixini yenidәn oxu.
Demә, mәhәbbәtmiş dünyanın oxu,
Başına hәrlәnir cahan, görmüşәm”.
XI
Qonşumuz Qara Mәlik
düşdü yoxuşa bir gün,
Yoxuşu çıxa bilmәdi.
Yoxuşa düşmәmişdi heç,
Bәxt yolları
enişә olmuşdu hәmişә.
Bәxtinә yoxuş düşdü o gün.
Üzü yoxuşa
naxoş düşdü o gün
Üzüqoylu Qara Mәlik.
Özü kimi
bәxti dә düşdü üzüqoylu.
Ha cәhd etdi qalxsın ayağa,
cәhd dә düşdü üzüqoylu.
Əl tutub
qaldıranı da olmadı.
Qara Mәlik
58