Page 62 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 62

Zakir F XRİ   Zakir FAKHRI








                  SALAM, ZAKİR FƏXRİ, SALAM!

                        Başdan aşdı dәrd-sәrin,
                        Qalmadı canda tәpәrin.
                        Yox idi xәbәr-әtәrin,
                        Sәsin dә gәlmirdi, balam,
                        Salam, Zakir Fәxri, salam!

                        Çәkdiklәrin gәlmәz saya,
                        Dönmüsәn quru taxtaya.
                        Düşsәn soyuğa, şaxtaya,
                        Bürünmәyә isti şalam,
                        Salam, Zakir Fәxri, salam!


                        Qәbrin isti, yuvan soyuq,
                        Ürәk qәmdәn oyuq-oyuq.
                        Yaranmışdan elә buyuq...
                        Olub-keçәnlәrdәn halam,
                        Salam, Zakir Fәxri, salam!


                        Yaxalarda qırmızı bant,
                        Yıxdı bizi o vәd... bu and...
                        Ha desinlәr “işin avand”,
                        Söz gül açmaz dildә, lalam,
                        Salam, Zakir Fәxri, salam!






               62
   57   58   59   60   61   62   63   64   65   66   67