Page 18 - Design_Zakir_Fakhri_Poems_FULL_Layout 1
P. 18

Zakir F XRİ   Zakir FAKHRI













                       ŞƏXSİYYƏT VƏSİQƏSİ


                        Yolumu sapdım, deyәsәn,
                        Bu dünyaya azıb gәldim.
                        Göy üzü dәrddәn çatladı,
                        Qoşulub bir damla suya,
                        Mәn o çatdan sızıb gәldim...


                        Gördüm qanadlanır quşlar
                        Bir sәsә – Azan tәrәfә.
                        Adamlar ardımca gәlir,
                        Gәlir mәn azan tәrәfә...


                        Gördüm dil açıb çöl-bayır,
                        Göylәrdәn yağış dilәyir.
                        Bir qarı günlәrin sayır,
                        Bir qoca ömrün әlәyir.














               18
   13   14   15   16   17   18   19   20   21   22   23