Page 10 - Design_Xezer_1_2018_Layout 1
P. 10

dayanırdı. Gur səsi vardı və oxuduğu gö -  cəsarət tələb eləyirdi. Әgər  Albert onu
                   zəl mahnılar Brilaxın otağından keçib      oyadanda təmiz köynək geyinib qalstuk
                   həyətə yayılırdı.                          taxmış olurdusa, deməli, hər şey
                      Qaranlıqda frau Borussiak barədə        qaydasında idi: onda  Albertin otağında
                   düşünmək yaxşı idi, bununla təsəlli tapırdı,  əsl səhər yeməyi də, vaxt da olurdu,
                   heç nədən də qorxmurdu. Frau Borussiak     tələsmirdi, hətta  Albertlə birlikdə ev
                   tez-tez “Yamyaşıl bir diyarda keçib        tapşırıqlarına bir də göz gəzdirirdi. Ancaq
                   uşaqlığım” mahnısını oxuyurdu və onda      Albertin üzü qırxılmamış, saçları
                   hər şeyi yaşıl rəngdə görürdü, sanki gözləri  daranmamış, sifətinin qırışığı açılmamış
                   önünə yaşıl pərdə çəkilirdi və indi        olanda gərək isti qəhvəni tez-tez içəydi,
                   qaranlıqda gözlərini yumaraq çarpayıda     tələsik də xahişnamə yazılaydı: “Çox
                   uzanıb onun barəsində düşünəndə, səsini    hörmətli cənab Vimer, lütfən, bağışlayın
                   eşidəndə də hər şey yaşıl rəngə boyanırdı:  ki, uşaq bu gün yenə gecikdi. Anası evdə
                   Yamyaşıl bir diyarda keçib uşaqlığım...    yoxdur, mən də onu vaxtında oyatmağı
                   Sızıltı dolu “Dan ulduzu, sənə salamlar    unutdum. Xahiş edirəm, bağışlayasınız.
                   olsun...” mahnısı da gözəl idi və “salamlar  Böyük ehtiramla...”
            10     olsun” sözlərindən sonra da hər şey yaşıl     Anası qonaq gətirəndə işlər pis olurdu.
                   rəngə boyanırdı. Sonra hansı andasa        Albertin otağına keçəndən sonra səfeh
           2018
                   gözlərinə yuxu gedirdi, haradasa frau      gülüş səsləri eşidirdi, onun iri çarpayısında
                   Borussiakın səsi ilə Brilaxın anasının     da çox narahat yatırdı. Bəzən Albert heç
                   çörəkçiyə dediyi sözün arasında yuxu onu   səhərəcən yatmır, saat beşlə altı arasında
                   aparırdı. Bu söz “Leo dayının sözü” idi,   yuyunmağa gedirdi. Onda da su şırıltısı,
                   çörəkçinin qaranlıq, isti, şirin qoxulu    şappıltı eşidirdi. Sonra yenə yuxuya gedir,
                   zirzəmisində onun ağzından qaçmışdı,       Albert oyadanda isə yorğun, əzgin olurdu.
                   mənasını da Brilax ona başa salmışdı,      Məktəbdə də günortaya qədər mürgü
                   nəsə qadınlarla kişilərin bir yerdə olmaları  döyür, günortadan sonra da onu gah
                   ilə bağlıydı, altıncı ayə ilə də çox bağlılığı  kinoya, gah dondurma kafesinə, ya da
                   vardı, əxlaqsız söz idi və onu ən çox      Albertin anasıgilə – Bitenhana aparırdılar.
                   düşündürən “İlahi, əgər sən bizim          Orada Qlumun əllə balıq tutub sonra da
                   günahlarımızdan keçməsən, kim qarşında     suya buraxdığı süni göl vardı, pəyənin
                   təmiz qalar?!” misrasını yadına salırdı.   üstündə tikilmiş ev,  Albertlə, Brilaxla
              Kişisiz ev  gətirdiyi qonaqlar kimi bir az da səfeh  yorulana qədər, acana qədər futbol
                   Bəlkə də, igidlər igidi, ancaq anasının
                                                              çalınmış qupquru çəmənlikdə saatlarla,
                                                              oynamaq vardı.  Albertin anası çörək
                   olan kovboy Hopelonq Kassidi barədə
                                                              bişirirdi. Vill dayı da həmişə deyirdi: “Üstünə
                   düşünəndə yuxuya gedirdi. Hər halda,
              Haynrix Böll.  anasının nəfəsini duymaq yaxşı idi. Çox  yağı çox çəkin... – başını bulayırdı, – çox
                                                              çəkin... – yenə başını bulayırdı, – bir az
                   vaxt anasının çarpayısı boş qalırdı, bəzən
                   bir neçə gün dalbadal belə olurdu və
                                                              da çox... Və orada qaraqabaq Brilax hətta
                   onda nənəsinin dəhlizdə pıçıltı ilə onu
                                                                 Ora çox uzaq idi, yolboyu yata da
                   necə məzəmmətlədiyini eşidirdi: “Yenə      ürəkdən gülürdü də.
                   haralarda avaralanırsan?!” Anası cavab     bilirdi. Bitenhan və atası... Blondi və
                   vermirdi. Səhər-səhər oyanmağın özü də     əxlaqsızlıq... Sərinkeşin boğuq vıyıltısı
   5   6   7   8   9   10   11   12   13   14   15