Page 7 - Turk_Edebiyyati_Antologiyasi
P. 7

7


          şeirlәrini әruz vәznindә qәlәmә aldıqları dövrdә isә divan
          әdәbiyyatı artıq gözdәn düşmüş, tәnqid hәdәfinә çevrilmiş,
          bu yöndә ilk addımı da yenilikçi olan Namiq Kamal atmışdı.
          Tәnzimat dövründәki türk әdәbiyyatına Qәrbin tәsiri ilә yeni
          formalar vә  mövzular gәtirildi, “Tәnzimat әdәbiyyatı”,
          “Sәrvәti-Fünun әdәbiyyatı”, “Fәcri-Ati әdәbiyyatı”, “milli
          әdәbiyyat”, sonra lar isә “beşhecaçılar”, “yeddimәşәl çi    l әr”,
          “birinci yeniçilәr”, “ikinci yeniçilәr”, “sosiallar”, “ma vi   -
          çilәr”, “hisarçılar” kimi, o dövrә görә, modern cә rә yanlar
          mey  d ana çıxdı, Ömәr Seyfәddin, Ali Canip vә Ziya Göyalpın
          “Gәnc qәlәmlәr” hәrәkatı әdәbi düşüncәnin yeni lәn -
          mәsindә mühüm rol oynadı.
             “Milli әdәbiyyat” hәrәkatı dövründә yetişәn bir çox
          qәlәm sahiblәri Cümhuriyyәt dövrü türk poeziyasının әsas
          simalarından oldular. Turan vә Anadolu ilә bağlı әsәrlәr
          nәşr edәn vә heca vәznini daha doğma sayan Faruk Nafiz
          Çamlıbel, Orxan Seyfi, Enis Behiç, Yusif Ziya, Ali Canip,
          Xalidә Nüsrәt, Rza Tofiq, Ziya Göyalp kimi ustad qәlәm
          sahiblәrini öz әtrafında toplamış “Şairlәr dәrnәyi” poetik
          düşüncәni yeni lәmәklә, türk tarixinә, türkün islamaqәdәrki
          hәyatına, folklora vә mifologiyaya müraciәt etmәklә yanaşı,
          türkçülük, islam çılıq vә qәrbçilik ideyasının formalaş -
          masında poeziyanın imkan larından yararlanmağa da can
          atırdı. Bununla belә, “milli әdәbiyyat” dövründә yaşayıb-
          yaratmış qәlәm sahiblәri özlә rindәn әvvәlki nәsillәrdәn
          düşüncә sarıdan fәrqlәnsәlәr dә, orijinal yaradıcılıq tәrzi
          olan bir neçә sanballı söz adamı istisna olmaqla, әksәriyyәti
          öz әdәbi anlayışları sәviyyәsindә әsәrlәr yarada bilmәdilәr.
          Forma cәhәtdәn onların yolu nu davam etdirәn, özünә -
          mәxsus üslubu ilә seçilәn Əhmәd Hәmdi Tanpınar, Nәcib
          Fazil Qısakürәk, Əhmәd Mühib Dranas, xüsusilә dә Nazim
          Hikmәt kimi şairlәr isә poetik düşüncәnin üst qatlarına
          yüksәlә bildilәr.
   2   3   4   5   6   7   8   9   10   11   12