Page 5 - Turk_Edebiyyati_Antologiyasi
P. 5

5







                           KLASSİK İRSDƏN
              VƏ YENİLİKÇİLİKDƏN QAYNAQLANAN
                               POEZİYA

             Anadoluda, eyni zamanda, indiki Türkiyә Cüm hu riy -
          yәtinin sәlәflәri Sәlcuqlu vә Osmanlı dövlәtlәrinin hakim
          olduqları әrazilәrdә yaranmış әdәbiyyat, tәbii ki, öz köklәri
          ilә nәhәng ümumtürk әdәbiyyatına bağlıdır.
             Atlı-köçәri mәdәniyyәtinin izlәri sezilәn islamaqәdәrki
          türk poeziyasında ölüm, igidlik, döyüş, eşq mövzularına
          daha çox müraciәt olunub. Heca vәznindәn, yarımqafiyәdәn
          istifadә olunan bu cür poetik nümunәlәr “şaman”, “qam”,
          “baxsın”, “ozan” adlandırılan sәnәtkarlar tәrәfindәn qopu -
          zun müşayiәti ilә ifa edilir, çox zaman, müәlliflәri anonim
          qalırdı.
             İslamın qәbul edilmәsindәn sonra isә sözügedәn
          әrazilәrdә әrәb vә fars dillәrindә mәdrәsә tәhsili görәn
          şairlәrin o dövrdә geniş yayılmış hәmin dillәri әdәbi dil kimi
          mәnimsәmәlәri yazılı divan әdәbiyyatının meydana
          çıxmasına, әrәb vә fars әdәbiyyatının tәsiri altında inkişaf
          etmәsinә şәrait yaratdı. Bu tәsir әsәrlәrin әrәb vә fars
          dillәrindә yazılması, әrәbcә vә farsca kәlmәlәrin türk dilinә
          gәtirilmәsi ilә yanaşı, hәmin dillәrdәki ifadә formalarının
          mәnimsәnilmәsindә dә özünü göstәrdi. Bunun sәbәbi Ana -
          doluda qurulan türk dövlәtlәrindә kargüzarlığın әrәb vә
          fars dillәrindә aparılması idi. Belә bir vәziyyәt, xüsusilә
          sarayla bağlı olan şairlәrin öz әsәrlәrini әrәb vә fars
          dillәrindә yazmaları әdәbi dilin dә dәyişmәsinә gәtirib
          çıxarmışdı. İmperiya dövründә әrәb vә fars dillәrinin ciddi
          tәsiri altında olan Osmanlı şivәsi divan әdәbiyyatında
          istifadә edilәn әsas şivә idi.
   1   2   3   4   5   6   7   8   9   10