Page 6 - Turk_Edebiyyati_Antologiyasi
P. 6
Türkiyə ədəbiyyatı antologiyası
6 Şairlәrin öz şeirlәrini, әsasәn, “divan” adlandırılan әl -
yaz ma kitablarda toplamaları ilә “Divan әdәbiyyatı” kimi
tanınan bu yazılı әdәbiyyat XX yüzilliyәdәk öz varlığını
qoruyub saxladı.
Daha çox Qurandan götürülmüş әhvalatlar, Hәzrәti-
Mәhәmmәdin hәyatı ilә bağlı hәdislәr, peyğәmbәr vә mü -
qәddәs şәxslәrdәn söhbәt açılan hekayәtlәr, tәsәvvüfün
ortaya atdığı suallardan qaynaqlanan divan әdәbiyyatı әrәb
vә fars әdәbiyyatının poetik qaydalarına, әruza әsaslanır.
Bununla belә, Nәdim vә Şeyx Qalib kimi bir sıra şairlәr türk
poetik tәfәkküründәn qaynaqlanan heca vәzni ilә dә şeir
nümunәlәri yaratmışlar.
Bu әrazidә ilk nümunәlәri XIII әsrdә ortaya çıxan divan
әdәbiyyatı Mövlana Cәlalәddin Rumi ilә öz yaşarılığını
sübut etdi, XIV әsrdә isә Konya, Niğdә, Kastamonu, Sinop,
Sivas, İznik, Bursa kimi mәdәniyyәt mәrkәzlәrindә yaşayan
şairlәrin yeni töhfәlәri ilә zәnginlәşdi. Əhmәd Fakih,
Şeyxoğlu Mustafa, Baqi, Mәhәmmәd Füzuli, Nabi, Nәfi,
Nәdim vә Şeyx Qalibin yaradıcılığı ilә poeziya böyük inkişaf
mәrhәlәsi keçdi.
Orta әsrlәrdә divan әdәbiyyatının geniş yayıl ma sına
baxmayaraq, xalq şeirinin әn gözәl nümunәlәrini yaradan
simalar da yetişirdı. Onlardan bәzilәri ozan kimi el-el gәz -
diklәrinә, bәzilәri dә tәkkәlәrdә tәsәvvüfü öyrәndiklәrinә
görә bu cür әdәbiyyat “aşıq әdәbiyyatı” vә “tәkkә әdә -
biyyatı” kimi dә tanınmağa başladı, XIII–XIV әsrlәrdә
Yunus Əmrә, Aşıq Paşa, sonralar Qara caoğlan, Dadaloğlu
vә Aşıq Veysәlin simasında әn yüksәk poetik zirvәsinә çatdı.
Xalqla onun öz dilindә danışan, xalqın şairi olan hәmin
sәnәtkarların şeirlәri, әsasәn, yaddaşlarda, bir dә cünglәrdә
yaşaya-yaşaya günümüzәcәn gәlib çıxıb.
Divan әdәbiyyatı artıq XVIII yüzildә tәnәzzülә
uğramağa başlamışdı. XIX yüzildә – Nazim Tofiq Fikrәt,
Mehmet Akif Ersoy vә Yәhya Kamal Bәyatlının son