Page 21 - Turk_Edebiyyati_Antologiyasi
P. 21
21
ALLAH GÖRƏLİM NEYLƏR
(ixtisarla)
Allah diyәlim daim – Allah, görәlim, neylәr,
Yolda duralım qaim – Allah, görәlim, neylәr.
Aclıq sonu toxluqdur, toxluq sonu yoxluqdur, Yunus Əmrə
Bu yollar qorxuluqdur – Allah, görәlim, neylәr.
Sәn sanmadığın yerdә nagah açıla pәrdә,
Dәrman irişә dәrdә – Allah, görәlim, neylәr.
Ar-namusu buraxdım, külümü suya atdım,
Dәrvişliyә әl qatdım – Allah, görәlim, neylәr.
Netdi bu Yunus, netdi? Bir doğru yola getdi,
Pirlәr әtәyin tutdu – Allah, görәlim, neylәr.
EY SU, HARDAN GƏLİRSƏN
Ey su, hardan gәlirsәn,
Vәtәnin harda sәnin?
Harda çuxur bulursan 1
Yatağın orda sәnin.
Sәn ucadan çıxırsan
Alçaq yerә axırsan
Haqqa könül tutursan
2
Alçaq könlün var sәnin.
1 Bulmaq – tapmaq
2 Alçaq könül – tәvazökarlıq