Page 17 - Turk_Edebiyyati_Antologiyasi
P. 17

17




                           DEMƏDİMMİ?


             Oraya getmә, – demәdimmi sәnә,
             Sәni yalnız mәn tanıyıram – demәdimmi?
             Demәdimmi bu yoxluq yurdunda hәyat çeşmәsi mәnәm?

             Bir gün küsüb mәndәn,                                   Cəlaləddin Rumi
             baş götürüb
             yüz min il yol getsәn
             dönüb qovuşacağın yer mәnәm – demәdimmi?


             Demәdimmi bu görünәnә razı olma,
             Demәdimmi sәnә yaraşan otağı quran mәn,
             Onu süslәyib bәzәyәn mәnәm – demәdimmi?

             Mәn bir dәnizәm, – demәdimmi sәnә?
             Sәn bir balıqsan – demәdimmi?
             Demәdimmi o quru yerlәrә getmә, nәbadә,
             Sәnin duru dәnizin mәnәm – demәdimmi?


             Quşlar kimi cәlәyә getmә – demәdimmi?
             Demәdimmi mәn olmasam uça bilmәzsәn
             Sәnin qolun-qanadın mәnәm – demәdimmi?

             Demәdimmi yolunu kәsәrlәr sәnin,
             Demәdimmi soyudarlar sәni.
             Bilmәdinmi atәşin mәnәm sәnin,
             Can evinin hәrarәti mәndәndi – demәdimmi?
             Nәlәr çatdırarlar sәnә – demәdimmi?
             Huyun, xasiyyәtin dәyişәr – demәdimmi?
             Ölmәzlik qaynağını itirәrsәn – demәdimmi?
             Yәni mәni itirәrsәn – demәdimmi?
             Söylә, bütün bunları demәdimmi sәnә, demәdimmi?
   12   13   14   15   16   17   18   19   20   21   22