Page 18 - Turk_Edebiyyati_Antologiyasi
P. 18

Türkiyə ədəbiyyatı antologiyası
      18
                                   RÜBAİLƏR


               Ömür tükәndisә Allah başqa bir ömür verdi.
               Fani ömür qalmadısa, bax elә burdadı tükәnmәz, әbәdi ömür
               Eşq – hәyat suyudur, bu suya dal!
               Bu dәnizin hәr damlasında başqa bir hәyat, başqa bir ömür var.

               Könlümü bәlanın keçdiyi yola qoydum,
               Yalnız sәnin arxanca qaçsın deyә könlün ayaq bağını açdım.
               Bu gün külәk sәnin gözәl qoxunu gәtirdi mәnә.
               Mәn dә könlümü verdim ona – tәşәkkür üçün.



                                MÖVLANANIN
                           MƏŞHUR KƏLAMLARI


                   Yenә gәl! Hәr nә isәn, yenә gәl! Kafirsәn, atәşә, bütә
               tapınsan da, yenә gәl!Bizim dәrgahımız ümidsizlik dәrgahı
               deyil. Yüz kәrә tövbәni pozsan belә, yenә gәl!


                                        ***
                   İnsanları tanımaq üçün var gücünüzü verin, amma bütün
               sevginizi vermәyin. Çünki onları tanımağa başladıqca verdi -
               yiniz sevgiyә tәәssüflәnәcәksiniz.

                                        ***
                   Külә döndünsә, yenidәn gülә dönmәyi gözlә. Hәm dә
               keçmişdә neçә dәfә külә döndüyünü deyil, neçә dәfә yenidәn
               küllәrin arasından baş qaldırıb bir gül olduğunu xatırla!..
   13   14   15   16   17   18   19   20   21   22   23