Page 24 - Turk_Edebiyyati_Antologiyasi
P. 24
Türkiyə ədəbiyyatı antologiyası
24 Əmir Hac köçәli xeyli zamandır,
1
Mühәmmәd cümlәyә dindir, imandır.
Dәlisiz gedilmәz yollar yamandır,
Köçdü karvan, qaldıq dağlar başında.
Bülbül olub dost bağında ötә gör,
2
Eyi әmәllәrlә yükün tuta gör.
Əfәndimin karvanına yetә gör,
Köçdü karvan, qaldıq dağlar başında.
Yunus bu dünyaya sәn niyә gәldin?
Gecә-gündüz Haqqı zikr etsin dilin.
Çәlәbә uğramaz olarsa yolun,
Köçdü karvan, qaldıq dağlar başında.
1 Əmir Hac – Hәcc әmiri, Hәcc mәsәlәlәrinә baxan adam
2 Eyi – yaxşı, gözәl