Page 28 - Turk_Edebiyyati_Antologiyasi
P. 28
Türkiyə ədəbiyyatı antologiyası
28
Sәnsәn mәnә canü-cahan,
Sәnsәn mәnә gәnci-nihan 1
Sәndәdürür assı-ziyan 2
Nә iş gәlәr mәndәn mәnә.
Aşıq sәnә tutdu üzün,
Unutdu büsbütün özün.
Cümlә sәnә söylәr sözün
Söz söylәdәn sәnsәn ona.
HƏR SƏHƏR
Hәr sәhәr, әfәndim, yolun gözlәrәm,
Oxu, bülbül, var, oyandır yarımı.
Mәhәbbәtin can içindә bәslәrәm,
Oxu, bülbül, var, oyandır yarımı.
Onun hüsnü-gülün kimsә görmәsin,
Ara vuran muradına ermәsin .
3
Qәflәt yuxusunda rәqib görmәsin,
Oxu, bülbül, var, oyandır yarımı.
Der ki, Aşıq gözәl dilin eşqinә,
Mәrd isәn, әrkanla yolun eşqinә,
İldә bir açılan gülün eşqinә
Oxu, bülbül, var, oyandır yarımı.
1 Gәnci-nihan – gizli xәzinә
2 Assı-ziyan – xeyir-ziyan
3 Ermәk – çatmaq