Page 26 - Turk_Edebiyyati_Antologiyasi
P. 26

Türkiyə ədəbiyyatı antologiyası
      26
                     AĞLADARSAN

                     A bülbülüm, qәrib-qәrib
                     Ötmә, mәni ağladarsan.
                     Varıb yadlar arasında
                     Yatma, mәni ağladarsan.

                     Bülbül kimi zardır işim,
                     Axıtdım çeşmimin yaşın.
                     Düyünlәnib hilal qaşın,
                     Çatma, mәni ağladarsan.


                     Aşıq olan neylәr malı,
                                    1
                     Ağlamaqdır anın karı.
                     Sevdiyim, qarşımdan barı
                     Getmә, mәni ağladarsan.


                     Der ki, Aşıq sәnә quldur,
                     Əzәldәn bildiyin haldır.
                     Ya azad eylә, ya öldür
                     Satma, mәni ağladarsan.



                     DÜNYANI GƏZDİM, DOLAŞDIM


                     Dünyanı gәzdim, dolaşdım,
                     Ayrılıq kimi dәrd olmaz.
                     Dadlı canımdan usandım,
                     Ayrılıq kimi dәrd olmaz.

                     Haçan döndüm yara baxdım,
                     Gözümdәn qanlı yaş tökdüm.
                     Gәzdim, hәr bәlanı çәkdim –
                     Ayrılıq kimi dәrd olmaz.
               1  Anın – onun
   21   22   23   24   25   26   27   28   29   30   31