Page 919 - antologiya - poeziya_175x250_Layout 1
P. 919

×ingiz ßëÿkbÿrzadÿ


                – Bu nә demәkdir, necә yәni altıncı sim?
                “Altıncı sim, cәrrah, yәni sәn... altıncı sim”. Demәli, Pәrvizin daxi lin -
            dәki altıncı sim cәrrah imiş vә guya cәrrah iyirmi ildә onun adını bilmirmiş.
                Dәniz adamı güldü: “Çox yaxşı bilirdin. Ancaq qorxurdun mizrabı ona
            toxundurmağa, ehtiyat edirdin ki, birdәn bu simin sәdaları sәnin daxilin -
            dәkilәri aşkara çıxarar, deyәr hanı inәyini satıb sәni oxumağa göndәrәn
            atan? O, hansı cәbhәdә öldü? Hanı sәni böyüdә-böyüdә “çiynindә gora
            gedim” – deyәn anan? Onun qәbri hardadır? Kimlәr onu dәfn elәdi? Axı nә
            vaxta qәdәr kölә olacaqsan? Mәgәr sәnin sәrbәst düşünüb, sәrbәst gәzmәyә
            ixtiyarın yoxdur? Pәrvizlә iyirmiillik qohumluğunda sәnә birinci dәfә idi
            ki, otuz gün azadlıq verilmişdi, sәn yenicә ayaq açmış uşaq kimi sevinirdin.
            Bu otuzun onunu leysan yağışları döyәclәsә dә, sәn çox şeyi unutmuşdun.
            Azadlıq sәnә hәr şeyi öz rәngindә, öz qoxusunda göstәrirdi. Tәbiәti dә,
            insanları da. Әgәr teleqram almasaydın, Teberdaya gedәcәk, Qaraçayskidәn  343
            keçәrkәn sol tәrәfdә, yaşıl yamacın qurtaracağında, dağların başlanğıcında
            salınmış “Kosmos” pavilyonuna girib, tacik aşpazının bişirdiyi mantılardan
            lәzzәtlә yeyәcәkdin. Hәlә bir qalın stәkan araq da içәcәkdin. Teberdanı gәzib
            Donbay çayının köpüklәnәn sularına baxacaq, Farel gölündә çimәcәk, heç
            olmasa, üç gün çadırda yatacaqdın. Gecәlәr çadırın damını döyәclәyәn
            yağışın sәsinә qulaq asa-asa özünü dünyanın әn xoşbәxt adamı sayacaqdın.
            Әgәr bu teleqram olmasaydı vә bu teleqramdan çopur sifәtli, kirpiksiz gözlü,
            yekәburunlu bir adam çıxıb bağıra-bağıra: “Vicdan sız, sәn orda kef edirsәn,
            mәn burda ölürәm” demәsәydi, fasilәsiz qal  xıb-enәn tük lü sinә, bu sinә
            üstündә qurulmuş әlli kvadratmetrlik kabinetin dağılmaq tәhlükәsi
            olmasaydı, bәlkә dә, otuz gün azadlıq sәni on il cavan laşdıracaqdı”.
                – Bәsdir! – Cәrrah öz sәsindәn diksindi. Eynәkli arvad sözü özünә
            götürüb tәlәsik cavab verdi:
                – A, necә bәsdir? Ölmüşdü Minayә ki, uşaq-muşaq onun “hә”sinә yox
            deyә!
                Sәn demә, eynәkli qadın kök arvadla bәrkdәn-bәrkdәn danışırmış.
            Eynәkli deyirdi ki, partlayan vannalarda guya adam olub. Arxadakı ermәni
            qadını da kök arvada qoşulub etiraz edirdilәr. Bu söhbәtә әlavә dörd-beş
            adam da qoşulmuşdu. Әlbәttә, cәrrah eynәklinin dediklәrini eşitmәdi. Onun
            “bәsdir”ini dәniz adamı cavabsız qoydu.
                Sonra qara adam ağ dәnizdә batdı. Cәrrah dәsmalını çıxarıb üz-
            gözünün, boyun-boğazının tәrini silәndә sanki Pәrvizin sәsini eşitdi. Bu sәs
            zarıya-zarıya, yalvara-yalvara deyirdi: “Mәni operasiya elәmә. Özün
   914   915   916   917   918   919   920   921   922   923   924