Page 923 - antologiya - poeziya_175x250_Layout 1
P. 923

Sabir Söleymanov


                – Sözüm?
                 – Bәli!
                Әmrah kişi tәzәcә tәraş edilmiş әtli, qırışlı sifәtini ovuşdurdu. Yol
            çәkәn gözlәrini hәrlәyib Çәrkәzin düz bәbәklәrinә zillәdi. Elә baxdı ki, öz
            әksini dә orada gördü.
                – Deyirsәn, sözüm nәdir, hә?
                – Bәli!
                Әmrah kişi bir addım Çәrkәzә yaxınlaşdı. Çәrkәz isә geriyә çәkildi,
            әhәnglә ağardılmış gözәtçi otağının divarına söykәndi.
                – Çәrkәz, çәkilmә, yaxın dur. Sözüm var, özü dә qulağına pıçıl da ya -
            cam.
                Hirsini güclә boğub özünü saxlayan Çәrkәz zorla gülümsәdi.
                – Әmrah kişi, vallah, sәndәn baş aça bilmirәm. Bilmirәm, sәnin başına
            hava gәlib, yoxsa mәnim.                                               347
                Әmrah kişi cavabında lәngimәdi:
                – Hava, nә hava? Hә, o havadan. Sәnin başına bir dәfә gәlib. Arvadını,
            uşağını atıb tәzә eşqә düşәn vaxt, on beş il qabaq... Bilirәm. Mәnimkinә isә
            çox çәtin, çәtin ağlım kәsir gәlә. Çalışmışam, camaata cavab verә bilmәrәm.
                Çәrkәz sözünü deyә bilmәyәn gileyli adam kimi başını tәrpәtdi.
            Gözәtçi otağına girib azacıq lәngidi. Qayıdıb yenә dә bayaqkı yerindә
            dayandı. Әllәrini döşünün üstündә çarpazladı.
                – Deyәsәn, bayaq tәlәsiyirdin, әşi?!
                – Sәnin yanına tәlәsirdim.
                – Eh, Әmrah kişi, vallah, yüz dәrәnin suyunu bir dәrәdәn axıtdıq, ancaq
            mәtlәbә gәlib çıxmadıq. İnan ki, çıxmadıq.
                Әmrah kişi cibindәn siqaret çıxarıb kәhrәba müştüyünә taxdı. Müştüyü
            damağına alıb siqareti alışdırdı.
                – Daha uzatmayacağam, Çәrkәz, kәsmәqarabağı eliyәcәyәm... Hamı
            bilir, ikinci dәfә evlәndiyin on beş ilә yaxındır. Öz işindir, sözümüz yox.
            Amma bir mәsәlә var...
                Çәrkәz daha dözә bilmәdi, hirslә dillәndi:
                 – Köhnә ölülәri diriltmә, Әmrah kişi.
                – Sözümü kәsmә, sәbrin  olsun. Hә, bir mәsәlә var. Әgәr lazım olsan,
            çağırsalar, öz köhnә evinә baş çәkә bilәrsәnmi? Çәmәnliyә gedәrsәnmi?
            Axı sәnin orada bir övladın da var. İllәrlә itirib-axtarmadığın, dәrdindәn,
            odundan xәbәr tutmaq istәmәdiyin bir qızın. Axı sәn, necә olsa, yenә dә
            atasan. Bir dәfә köhnә yurduna baş çәk, balanın xatirinә. Söhbәtlәşәk. Mәn
            olum, sәn ol, bir dә istәdiyimiz qohum-qardaş. Gәlәrsәnmi?
   918   919   920   921   922   923   924   925   926   927   928