Page 918 - antologiya - poeziya_175x250_Layout 1
P. 918

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    Pәrvizin bacısının gözünә baxa bilmәdin. O isә heç nә olmamış kimi sәninlә
                    söhbәt edir, әrinin sәhhәtindәn danışırdı.
                        Pәrvizin bacısının әri operasiyadan çıxmadı. Sәn beşinci kursa keçәn -
                    dәn sonra onlara ayaq açdın. Ayaq açdığın gün Pәrvizin bacısı ona yadigar
                    verdiyin hәmin şәkli sәnә göstәrdi. İndi bu şәkli sәn evinin ümumi albo -
                    mundan götürüb gizlәtmisәn. Albom deyәndә, bilirәm, ürәyin ağrı yacaq.
                    Çünki ora yalnız arvadının vә arvad qohumlarının әkslәri yapışdırılıb. Sәn
                    bir vaxtlar hәmin adamların simasında öz doğma atanı, ananı görür, tәsәlli
                    tapırdın.
                        Bu şәkli sәn o vaxt dәfn etdin ki, arvadın onu evin ümumi albomuna
                    yapışdırmadı. Yadından çıxıbsa, xatırlada bilәrәm. Dedi ki:
                        – Bilirsәn, o gün bacım sәnin bu şәklini görәndә dәhşәtә gәldi. İncimә,
                    әzizim, fikir versәn, görәrsәn ki, burda sәnin adicә şәklin yox, hәm dә yox -
              342   sul   luğun, aclığın böyüdülüb, gәl bunu albomdan çıxaraq, sәnin tәzә
                    şә  kil lәrindәn birini böyüdüb divara vuraq.
                        Sәn yenә etiraz elәmәdin.
                        Sizin altıotaqlı mәnzilinizin divarlarından Pәrvizin cürbәcür görkәmdә
                    böyüdülmüş şәkillәri asılmışdı. Altıncı otağa isә sәnin şәklini vurdular.
                        Bir gün arvadın dedi:
                        – Sәni adam edib, el içinә çıxartdım. Axı sәn kim idin? Mәn olma -
                    saydım, Allah bilir, sorağın hansı kәnddәn gәlirdi. Sәninlә qurtaranların
                    çoxunun dalından itәlәdilәr ağcaqanadlarla mübarizә elәmәyә. İndi adam
                    olmusan. Özün dә yadından çıxartma, sәn mәndәn çox qardaşıma lazımsan.
                        Dәniz adamı cәrrahın qolundan yapışıb otaqları gәzdirdi. Axırıncı
                    otağın qapısını açdılar. Bu otaq sumağı rәngdә idi. Divardakı lüt qadın
                    portretinin altında bir-birindәn beş addım aralı iki çarpayı qoyulmuşdu.
                    Çarpayıların hәr birinin baş tәrәfindәki sumağı rәngli tumbaların birinin
                    üstündә cürbәcür rәnglәr, boyalar, әtir şüşәlәri, pudralar, o birindә isә ürәk
                    vә yuxu dәrmanları var idi. Bu çarpayılar әvvәlcәdәn tәrtib edilmiş cәdvәl
                    üzrә birlәşirdilәr. Düzünü desәk çarpayılar öz yerindә qalırdı, birlәşәn
                    onların sahiblәri idi. Cәdvәli Pәrvizin bacısı tutmuşdu vә onu heç bir qüvvә
                    poza bilmәzdi. Cәrrahın arvadı işdәn sonrakı saatlarının çoxunu qardaşı,
                    bacısı, qohum-әqrәbasıgildә keçirәr, bәzәn heç evә gәlmәzdi. Cәrrah öz
                    çarpayısında uzanıb bir müddәt gözünü arvadının çarpayısına dikәr, sonra
                    gecәyarıya qәdәr min dәfә sağa-sola çevrilәr vә yuxu dәrmanı atandan sonra
                    yatardı.
                        Cәrrah alnını şüşәdәn çәkib, baxışlarını ağ dәnizdәn yığışdırmaq
                    istәyәndә qulağına dәniz adamının sәsi gәldi:
                        “Altıncı sim, altıncı sim, altıncı sim...”
   913   914   915   916   917   918   919   920   921   922   923