Page 916 - antologiya - poeziya_175x250_Layout 1
P. 916

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Cәrrahın heç yadından çıxmaz. Bir dәfә Pәrvizlә Azәrbaycanın gözәl,
                    mәnzәrәli bir rayonunda ezamiyyәtdә olarkәn onları bağlı-bağatlı bir evә
                    qonaq apardılar. Axşam idi. Qurbağaların, cırcıramaların sәsi bir-birinә
                    qarışmışdı. Qonaqlar eyvanda әylәşib yeyib-içmәklә mәşğul olduqları vaxt
                    Pәrviz әyilib cәrrahın qulağına pıçıldadı:
                        – Mәnim atam uzun müddәt bu rayonda qaçaqlarla vuruşub. Dün-
                    yanın işini bilmәk olmaz. Başa düşürsәn, nә deyirәm? Yәni burada bizi
                    istәmәyәnlәr dә tapılar.
                        Cәrrah başını tәrpәtdi. Pәrviz stәkanındakı bulaq suyundan bir qurtum
                    içib, davam etdi:
                        – Dediyim budur ki, ehmalca dur, get bağın ayağına, barının yanından
                    mәn oturduğum yerә bax, әgәr ağaclar arasından görünsәm, xәbәr elә yerimi
                    dәyişim.
              340       ...Tәzә pomidor, xiyar iyi tәyyarәyә yayılanda sәrnişinlәrin çoxunun
                    ağ zı sulandı. Cәrrah gözaltı eynәkli qadının dizinin üstündәki qәzet süfrәyә
                    baxıb udqunanda qadın dillәndi:
                        – Buyurun, qardaş, utanmayın. Götürün. Xalis vitamindi. Cәrrah
                    tәşәkkür edib әlini süfrәyә uzatdı. Birdәn motor danışıqlara nöqtә qoydu.
                    Sonra eynәkli qadın sükutu motorun әlindәn aldı. O, ağzındakını çeynәyә-
                    çeynәyә kök arvada dedi:
                        – İnanmırsan, qonşundan soruş.
                        Kök arvad böyründәki sarışın oğlana nәsә dedi. Oğlan çiyinlәrini
                    çәkdi. Arvad geri çevrildi.
                        – Bu heç partlayışı eşitmәyib. Ermәni qadın arxadan dillәndi:
                        – Niyә mübahisә edirsiz? Vannalar partlayanda, deyirlәr, içәridә bir
                    arvad olub.
                        Eynәkli arvad qәlәbә çalmış adamlar kimi sәsini qaldırdı:
                        – Eşitdiz? – Sonra üzünü cәrraha döndәrdi: – Dәli oluram dә.
                        Cәrrah maraqlandı:
                        – Niyә?
                        – Bahadır Süleymanoviç bizi belә öyrәtmәyib. Dediyim qanundur.
                    Vәssalam! Sözüm tәsdiq olunmayanda әsәblәrim mәni gicitkәn kimi dalayır.
                        – Harda işlәyirsiz ki?
                        – Nazirlikdә katibәyәm. Bilirsiz, Bahadır Süleymanoviçin dediyini
                    qaytarmaq olmaz. Biz dә onun kimiyik. Adam var, onun qәbuluna düşmәk
                    üçün mәnim yanıma gәlir. Bircә kәlmә deyirәm: gözlәyin, vәssalam! O göz -
                    lәmәklә dörd-beş saat gözlәyir. Bahadır Süleymanoviç bizi belә tәrbiyә edib.
                    İndi bunlar – o, әlini havada yellәtdi – mәnimlә mübahisәyә başla yıb lar.
   911   912   913   914   915   916   917   918   919   920   921