Page 856 - antologiya - poeziya_175x250_Layout 1
P. 856

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    әvvәlcәdәn mәlum idi: “Mәmmәnin canı sağ olsun!”, “Mәmәnin şәfalı әllәri
                    var olsun!”, “Mәmmәnin anası Pәricahanın sağlığına!”, “Mәmmәnin nişan -
                    lısı professor qızı Zemfiranın sağ  lığına!” Әn axırda: “Mәmmәnin dostu
                    Şәppәlinin sağlığına!”
                        Hamı içir, Şәppәli isә, “balans stәkanı” әlindә, yorulmaq, usanmaq
                    bilmәdәn doktor Mәmmәdәn danışırdı.
                        Hesabdarın sözü-söhbәti nә qәdәr yeknәsәq, uzun vә hәtta bezdirici
                    olsa da, bu söhbәtlәrdәn hamını sevindirәn bir nәticә çıxırdı: “Kәndçi
                    balnisәsi” deyilәn xәstәxanada cavan, gözәl bir hәkim var ki, hamı onunla
                    fәxr edә bilәr. Mәmmә – insanlıq, yaxşılıq timsalı idi. Mәmmә – ağıl,
                    istedad mücәssәmәsi idi. Nәhayәt, Mәmmә, böyük şәhәrlәrdәn uzaq, da -
                    ğәtәyi qoyunçuluq sovxozunda, balaca bir otaqda oturub “çötkә çıqqıl -
                    dadan” balaca bir adamın özü üçün yaratdığı dünya idi.
              280       Bir yay sәhәri xәbәr çıxdı ki, bu dünya uçub-dağılıb: Şәppәlinin mәk -
                    tubu ilә “kәndçi balnisәsi”nә getmiş baş mühasib Mursaqulu sovxoza qayı -
                    dıb xәbәr verdi ki, doktor Mәmmәni xәstәxanadan qovublar. Nә üstündә?
                    Rüşvәt?! Dәhşәt!.. Eşidib-bilәnlәr, qәribәdir ki, Mәmmәnin doğ maca anası
                    Pәricahanın yox, Şәppәlinin haqqında düşündülәr: “Şәppәli bu dәrdә döz -
                    mәz!”
                        Bu fikri Şәppәlini hamıdan yaxşı tanıyan iş yoldaşı Mursaqulu da
                    tәsdiq etdi; kontorun hәyәtindә, camaatın arasında dedi:
                        – Şәppәli ölәcәk.
                        Mursaqulu qaradinmәz adamdı. Camaat içindә, iclasda, yığıncaqlarda
                    sözü ondan, necә deyәrlәr, kәlbәtinlә qoparırdılar. Burda isә Mursaqulu
                    könüllü, hәm dә belә qәtiyyәtlә fikir söylәdikdә, hamı inandı ki, demәk,
                    doğrudan da, Şәppәli ölәcәk.
                        Tәk bir nәfәr Mursaqulunun fikrinә etiraz etdi:
                        – Tәlәsmәyin Şәppәlini basdırmağa, – dedi.
                        Bu, Şәppәli özü idi. Әlindә bir vәrәq kağız, eynәyi alnında, üç addım -
                    lıqda durmuşdu.
                        – O vaxt ölәrәm ki, Mәmmә mәn deyәn Mәmmә olmasın.
                        Yaxınlaşıb әlindәki vәrәqi Mursaquluya verdi.
                        – Qol çәk, Bakıya gedirәm. Әgәr Mәmmә sәnin dediyin Mәmmә olsa,
                    onda, әlbәttә, daha Şәppәlinin bu dünyaynan işi yoxdu. Bakıdanca bildirә -
                    cәm, qәbrimi qazıb hazırlayarsınız, gәlib girәrәm içinә, torpaqlarsınız,
                    qurtarıb gedәr.
                        Mursaqulu kağıza qol çәkib qaytardı.
                        Camaat lal-dinmәz dayanıb baxırdı.
                        Doktor Mәmmә ilә Şәppәlinin dostluğunun hardan, necә başlandığını
                    vә nәyә görә bu qәdәr möhkәmlәndiyini doğru-dürüst bilәn yox idi. Bircә
   851   852   853   854   855   856   857   858   859   860   861