Page 853 - antologiya - poeziya_175x250_Layout 1
P. 853

Vidadi Babanlû


                Xalıq kişi içәri girdi. Mәclisә salam verib, tәmkinlә irәli yeridi. Ona
            tezcә yer düzәltdilәr, aparıb yuxarı başda әylәşdirdilәr, qabağına isti xörәk
            gәtirib qoydular. Ancaq o, heç nәyә әl vurmadı, bir stәkan çay istәdi vә or-
            tada durub qalmış aşığa davam etmәk işarәsi verdi.
                – Çal, aşıq, çal!
                Aşığın sәsi daha şәn, daha gümrah dillәndi.
                Xalıq kişi mәclisdә az oturdu. Çayını içib ayağa durdu, aşığa nәmәr
            verib, toy yiyәsinә “toyun mübarәk”, – dedi vә gәldiyi kimi dә vüqarla,
            tәmkinlә çıxıb getdi.
                ...Xalıq kişi evdәn çıxandan bәri Gülüstan qarı bir küncә qısılıb
            oturmuşdu, gözünün yaşı qurumamışdı. Xalıq kişi gәlib onu yenә eyni
            vәziyyәtdә tapdı, әyilib qolunu qarısının boynuna saldı, çömәlib onunla
            yanaşı әylәşdi. Qәhәrdәnmi, sevincdәnmi, ya nәdәnsә sәsi titrәyә-titrәyә:
                – Gözünün yaşını sil, ay Gülüstan, gәlinә sәn dә xeyir-dua ver, – dedi. –  277
            Qoy getsin özünә ev-eşik qursun, oğul-qız anası olsun. Hәr bir kәs, ona
            verilmiş ömrü insan kimi yaşamalıdı. Biz daha bu gün-sabahlığıq, köçümüz
            yol üstәdi. Onu da özümüzlә qocaldıb, günaha batardıq.
                Qarı dinmәdi. Yetimlәmiş uşaq kimi, yanıqlı-yanıqlı içini çәkdi.
   848   849   850   851   852   853   854   855   856   857   858