Page 849 - antologiya - poeziya_175x250_Layout 1
P. 849

Vidadi Babanlû


                Onlar gözlәdilәr. Müharibә qurtardı. Çoxları qayıdıb evinә gәldi. Qoca
            ata-ananın isә qapısını açan olmadı...
                Xalıq kişi oğullarından әlini tamam üzüb, başqa tәsәlli ilә yaşadı.
            Cәmisi bircә ay әr üzü görmüş, bu neçә ildә Mәdәdin yolunu onlarla birlikdә
            gözlәmiş, ağılla, kamalla durub-oturmuş gәlinini şәhәrә apardı. İnstituta
            qoydu. Oxudub ali tәhsil verdi. Gәlin onun әmәyini itirmәdi. Şәhәrdәn
            üzüağ qayıdıb kәnddә müәllimә işlәdi. Qoca yaşlarında sonsuzlamış
            qayınana-qayınatasına doğma övladlıq elәdi. Xalıq kişi onu “gәlin” yox,
            “qızım” – deyә çağırdı. Belәcә illәr keçdi, “gәlin” adı onun üstündәn büs-
            bütün götürüldü.
                Sәnubәr ağlı-kamalı ilә bәrabәr, göyçәklikdә, yaraşıqda da öz
            yaşıdlarından seçilirdi. Müharibәdәn sonra Xalıq kişidәn gizlin ona hәr yan-
            dan elçi düşdülәr. Araya adam saldılar, Sәnubәrin özünә minnәtçi göndәrib,
            söz anlatdılar ki, nә vaxtacan dul oturacaq, cavan gәlinlәr, çıxsın әrә getsin,  273
            oğul-uşaq sahibi olsun. Mәnasız yerә gözlәmәkdәn nә çıxar?..
                Sәnubәr bu sözlәrin heç birinә әhәmiyyәt vermәdi. Dinәnin ağzından
            vurdu, onu almaq xәyalına düşәnlәri yerindә fas-farağat oturtdu. Yalnız bir
            nәfәr inadından dönmәdi. Düz üç il Sәnubәri kölgә kimi izlәdi. Gah uzun-
            uzadı mәhәbbәt mәktubları ilә, gah da ara adamlarının vasitәsi ilә din -
            cәltmәdi.
                Oğlan Sәnubәrin özü yaşda bir gәnc idi. Kolxozda baş aqronom
            işlәyirdi. Qabiliyyәtinә, tәrbiyәsinә söz yox idi. Kәnddә onun xәtrini hamı
            istәyirdi. Bu oğlanı Sәnubәr dә çox bәyәnirdi.  Ona tәrәddüdsüz әrә gedә
            bilәrdi. Bunun üçün heç kim onu qınamazdı. Ancaq qocaları tәk qoymağa,
            onların indi-indi köhnәlәn yaralarının tamam bәrkimәmiş qaysağını
            qopartmağa, güclә unudulmuş bir dәrdi yenidәn tәzәlәmәyә qıymırdı.
                Oğlan tәdbirli tәrpәndi. Mәsәlәni başa düşüb birinci Xalıq kişidәn
            razılıq almağa çalışdı. Kәndin әn hörmәtli qocaları sayılan Hümmәtlә Bilal
            kişini ona minnәtçi göndәrdi. Xalıq kişi irәlini-gerini dәrk elәyәn adam idi.
            Qocaların sözü әvvәlcә onu bәrk tutdu, qanı möhkәm qaraldı, dәrdi qövr
            elәyib qәlbini göynәtdi, ancaq hirslәnib artıq-әskik danışmadı. Qüssәli
            gözlәrini yerә zillәyib xeyli fikirlәşdikdәn sonra asta, hәzin bir sәslә:
                – Mәn nә deyim? Qızın özü bilәr, ata-anası bilәr, – dedi.
                Hümmәt kişi sözünü göyәrtdi:
                – Qızın ata-anası bu mәsәlәyә qarışmır, – deyib Xalıq kişidәn әl
            çәkmәdi. – Onlar sәnin qabağına keçә bilmәzlәr. Bu saat onun atası da, anası
            da sәnsәn. On ildir o, sәnin yanındadır. Hamı bilir ki, sәn ona qayınatalıq
            yox, doğma atalıq elәyibsәn. Әsas söz sәnindir. Әgәr sәn razılıq versәn, heç
   844   845   846   847   848   849   850   851   852   853   854