Page 850 - antologiya - poeziya_175x250_Layout 1
P. 850

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    kim “yox” – deyә bilmәz. Xalıq kişi bir kәlmә “hә”, “yox” cavabı vermәdi.
                    Köksünü ötürüb, dalğın-dalğın süzdü. Qocalar daha onun üstünә düşmәdilәr.
                    Mәsәlәni birdәfәyә hәll etmәk olmazdı...
                        Bu әhvalat bir ay әvvәl olmuşdu. O vaxt Xalıq kişi bәrk xiffәt
                    çәkmişdi. Qocalardan eşitdiyini evdә heç kimә danışmayıb, dәrdini ürәyinә
                    salaraq bir hәftә axşamını-sabahını vermәmişdi; üzü gülüb, qaşqabağı
                    açılmamışdı. Sonra yavaş-yavaş hәr şey yenidәn unudulmuşdu. Çünki onu
                    narahat elәyәn mәsәlәni bir daha yada salan olmamışdı. Söz-söhbәt
                    kәsilmişdi.
                        Amma bu gün kәnd arasında hәmin qocalar Xalıq kişini yenidәn
                    yaxalamışdılar. “Axşam sizә gәlәcәyik” – demişdilәr. Xalıq kişi dә günor-
                    tadan gәlib bu taxta çarpayının üstünә döşәnmiş, qәlyanını dәmә qoyub
                    otur muşdu. Onun qonaqları çox soyuq qarşılamasına da, qırx beş il bir yerdә
                    ömür-gün sürüb, bir dәfә xәtrinә dәymәdiyi qarısına acıqlanmasına da sәbәb
              274
                    bu idi...

                                                     ***
                        Qonaqlar çaya-çörәyә qalmadılar, tez getdilәr. Onlar qapıdan çıxan
                    kimi, Gülüstan qarı nәdәnsә duyuxub özünü әrinin yanına saldı. Ürәyindә
                    ondan möhkәm incimәsinә baxmayaraq, soruşdu:
                        – Qonaqlar nә tez getdilәr, ay Xalıq? Niyә oturmadılar?.. Qızım çay
                    çörәk hazırlamışdı.
                        Xalıq kişi ona yenә xoş sifәt göstәrmәdi. Acıqlı-acıqlı:
                        – Nә bilim, – dedi. – Ürәklәrinә girmәmişdim ki?..
                        Qarı duruxdu.
                        – Xeyir olsun, nәyә gәlmişdilәr?
                        – Heç, başqa işlәri vardı...
                        – Nә iş, a kişi?
                        – Sәnә dәxli yoxdur... Ayrı mәsәlәdir!
                        Qarı gözlәrini döydü.
                        – Mәn dә bilsәm olmazmı? Hümmәt boş-boşuna gәlmәzdi.
                        – Dedim ki, sәnә dәxli yoxdur!
                        Gülüstan matdım-matdım әrinin üzünә baxdı. Onun bu baxışlarında
                    şübhә ilә mәzәmmәt birlәşmişdi.
                        Xalıq kişi arvadının duyuq düşdüyünü yәqin edib, üzünü daha da
                    bozartdı. Şirin dillә, xoşluqla Gülüstanın gümanını sapdıra bilmәyәcәkdi.
                    Sorğu-suala kobudluqla sәrhәd çәkmәyә çalışdı:
                        – Әşi, bu nә silistdi başlayıbsan mәnnәn?!. Qoymazsanmı bu xarabada
                    bir rahat oturaq?!
   845   846   847   848   849   850   851   852   853   854   855