Page 838 - antologiya - poeziya_175x250_Layout 1
P. 838

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Arvad axşam bir yanımı çürütdü ki, qonşulardan istәmәkdәn üzümün
                    suyu tökülüb – dedi. – Get, çәrçidәn mәnә bir baş darağı al. Hәyәtinizә
                    girәndә gördüm işığınız gәlmir. Dala qayıdırdım ki, qulağıma sәs dәydi. Elә
                    bildim yerin içindә ağızgapı elәyirsiniz. Bacadan baxanda ayağımın altında
                    yer-yurd qaçdı. Kәndin adamlarının bir yarısı sizdә idi. Ocağın qırağında
                    halay mәrәkә qurmuşdunuz. Çәrçinin dә ağzından od tökülürdü. Sinәsi
                    qalxa-qalxa bolşovoydan-molşovoydan danışırdı.
                        Hәtәm o qәdәr dә qorxulu adam deyildi. O, heç kimә yamanlıq
                    elәmәmişdi. Öz tükünün üstündә dolanan füqarәnin biri idi. Mәdәt, Hәtәmә
                    ona görә arxa çevirmir, bel bağlamırdı ki, onun bir az ağızdan boşluğu vardı.
                    Arada olan xәlvәt söhbәti bilәrәkdәn xәbәrçilik yolu ilә deyil, özünü
                    unutduğundan bәyin, yaxud xanımın yanında ağzından qaçırırdı.
                        – Nöyütümüz qurtarmışdı, qaranlıqda qalmışdıq. Sәn dә lap uşaq kimi
              262   danışırsan. Çәrçinin yanına şey-şüy almağa gәlәrlәr dә. Bolşovoydan-
                    molşovoydan kim danışmır ki? Çәrçinin peşәsi kәndbәkәnd gәzmәkdir.
                    Hәrәnin ağzından bir söz eşidir. O da eşitdiklәrini deyir. Münәccim deyil
                    ki, yerdә durub, yeddinci göydәn xәbәr verә.
                        Hәr ikisi susdu. Mәdәt atın quyruğunu düymәyә, Hәtәm isә peyini
                    kürәklәyib bacadan çölә atmağa başladı. Aradan bir-iki dәqiqә keçdikdәn
                    sonra:
                        – Mәnim ağzımı boza vermә, – deyә Hәtәm burnunu çәkdi.
                        – Deyirdi ki, kәndlәrdә düzәltdiyimiz özәklәrin hamısı birdәn şaban
                    ayında ayağa qalxacaq. Sәn niyә mәnim başımı aldadırsan? Hәlә sizә
                    başının tükü getmiş bir kişi şәkli dә göstәrib deyirdi Lenindir. Bu kişi
                    çıxaracaq xilqәti ağ günә.
                        Mәdәt dәrk etdi ki, Hәtәm söhbәtә әvvәldәn axıracan qulaq asıb.
                    Eşitdiklәrini onun hafizәsindәn asanlıqla silә bilmәyәcәk. O, yәhәri atın
                    belinә qoydu. Quşqunu keçirtdi. Qantarqanı bәrkidә-bәrkidә atılan daş onun
                    diriliyinә düşmәyirmiş kimi sәslәndi:
                        – Şәkil?!
                        – Hә.
                        Mәdәt әlini-әlinә vurub elә güldü ki, yalnız yaşından yekә danışan
                    uşağa elә gülәrlәr.
                        – O, on ikinci imam Sahibi Zamanın şәklidir. Canım fәda olmuş zühr
                    eylәyәn kimi әdalәt divanını urusetdә qurub. Uruslar onun adını Lenin
                    qoyublar. Lenin dediklәri o sahibi zaman elbәel gәzәcәk, bütün günahkarlara
                    divan elәyәcәk.
                        Hәtәm xeyli fikirlәşdi... Gah küncә tıxanıb qalan peyini әli ilә kürәyin
                    üstünә yığdı, gah da şübhә ilә qanrılıb Mәdәtin üzünә baxdı.
   833   834   835   836   837   838   839   840   841   842   843