Page 843 - antologiya - poeziya_175x250_Layout 1
P. 843
Èñmayûl Qarayev
Keçәllәrin arvadlarının iki әri olar. Biri cәfa çәkәr, digәri sәfa sürәr.
Axı keçәllәrlә bir yastığa baş qoyulmalıdır ki? Yazıq arvadlar neylәsinlәr.
Keçәllәrin başının iyinә yayda arandan dağa milçәk uçub-gedir.
– Bu da arvadının iki müştәrisi olan keçәllәrdәndir? – deyә gözlәri
axan qubernator başının hәrәkәti ilә Hәtәmi göstәrdi.
Hәtәmin canına od qoyub sәbir kasasını qaynatmağın mәqamı çat mış -
dı. Qoy o özündәn çıxsın, qubernatora әrz elәsin ki, Mәdәt çәrçini öldürüb,
meyitini dә meşәnin filan yerindә basdırıb. Axı onların o gecә çuvala bir
yerdә meşәdә basdırdıqları Narlı dәrәdә qaraçı eşşәyinin canavar dağıtmış
leşi idi.
– Bu da arvadı oynaş saxlayan keçәllәrdәndir? – deyә qubernator qәti
cavab tәlәb edәn amiranә bir ahәnglә tәkrar soruşdu.
– Hә!
Gülmәk dә var, gülmәk dә. Hәrә qarnını tutub bir tәrәfә yıxıldı. 267
Hәtәm bayaqdan duymuşdu ki, qaravәllinin bir tәrәfi dә onu tutacaq.
Ancaq qәrәzlә başlanan mәzhәkәnin bu şәkildә qurtaracağını heç gözlә -
mәzdi. Mәdәti tәәssübkeş, öz kәndlisini yad adamların ayağına vermәyәn,
öz el-obasının namusunu çәkәn bir kişi kimi tanıyırdı. Eşitdiklәrinә heç
vәchlә inana bilmirdi. O, Mәdәtә nә yamanlıq elәmişdi?! Әlindәn başqa iş
gәlmәsә dә, o gecә Mәdәtin dadına çatmamışdımı?! “Nәsә başqa mәramı
var, o, belә ağılın yiyәsi deyildi” – deyә Hәtәm dumanlı tәsәvvürlәrin
ağırlığı altında qapıya sarı addımladı.
– Balabançı küsdü, – deyә qubernator qәhqәhә çәkәndә zabitlәr vә
qaradovoylar yenidәn hırıldaşdılar. Gülüş sәslәrindәn divarlar titrәyәndә
qapılar taybatay açıldı. Qara şinelli, beli toqqalı, sinәsi çal-çarpaz patron
qatarlı altı adam әldә tüfәng içәri doluşdu.
– Heç kim tәrpәnmәsin!
Qonaqların әllәri göyә qalxdı. Gәlәnlәrin beşi keşik çәkdi, biri onları
tәrkisilah elәdi. Meşin pencәkli, meşin şapqalı, şapqanın uzun günlüyü
altından güclә görünәn, gözlәrindәn alov saçılan bir kişi içәri girdikdә Nağı
bәy:
– Mәni çevir balalarının başına – dedi. Mәnim günahım yoxdur. Sәni
and verirәm o xudavәndi-alәmin birliyinә evimә qan salma. Mәn hәmişә
fә qir-füqәrәnin tәrәfindә olmuşam.
Bu çәrçi olmaya?! Ayaqlarını sürüyәrәk qapı-qapı düşüb iynә, daraq,
düymә, cövhәr satan, hәr alıcının qabağında neçә dәfә baş әyәn yazıqdan
belә fәrasәt!?
Qubernator tir-tir әsirdi. İndi yüz Mahizәr xanım da olsa, onun әvvәlki
halını, әvvәlki mövqeyini özünә qaytara bilmәzdi.