Page 835 - antologiya - poeziya_175x250_Layout 1
P. 835

ßlfi Qasûmov




                                            ***
                Aradan üç ay keçdi.  Vüqarın yaraları sağalmışdı. Üz-gözündә,
            bәdәnindә yanğının әlamәti qalmamışdı. Qıçının sınığı bitişmişdi. Yalnız
            sağ әli... Bәli, fırça tutan barmaqları şikәst olmuşdu. O heç zaman rәssam
            ola bilmәyәcәkdi!
                Bir gün dostu İlqardan mәktub aldı. İlqar yazırdı: “Diplom işimi әla
            müdafiә etdim. Mәni Leninqraddakı rәssamlıq akademiyasına göndәrirlәr...
            Hәr dәfә sәnin haqqında fikirlәşәndә az qalır ürәyim partlasın. Axı, sәnә
            dedim ki, özünü gözlә, qoy yanğınsöndürәnlәr gәlsin... Axı, sәnә dedim
            ki...”
                Vüqar mәktubun gerisini oxuya bilmәdi. Dolabçanın üstündәki şәklә
            baxdı. Gülnar qayğısız halda gülümsәyirdi.
                Vüqar tibb bacısının kömәyi ilә dirsәklәndi. Sol әli dostuna birtәhәr
            aşağıdakı sözlәri yazdı:                                               259
                “Sәni tәbrik edirәm, İlqar, mәni unutmadığın üçün çox şadam. Sәnә
            yaxşı yol! Mәnim diplom işimsә yarımçıq qaldı. Olacağa çarә yoxdur...”
            Sol әli ilә tutduğu qәlәm sözünә baxmayıb barmaqlarından düşdü. O, arxası
            üstә uzanıb Gülnarın şәklinә baxdı, baxdı... Bu onun diplom işi idi, bu onun
            әn böyük әsәri  idi. Elә bil qeybdәn Gülnarın titrәk sәsini eşitdi: “Hamısı
            yanmışdı, sәn olmasaydın, hamısı yanmışdı...”
                Gözlәrini yumub şirin-şirin gülümsәdi...
   830   831   832   833   834   835   836   837   838   839   840