Page 830 - antologiya - poeziya_175x250_Layout 1
P. 830

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                                Diplom işi

                                nlar dost idilәr. Hәmişә cüt geyinәr, cüt gәzәr, bir-birinә can
                                deyib can eşidәrdilәr. Adları da bir-birinә hәmqafiyә idi. İlqar,
                        OVüqar. Texni kum da hamı onları qardaş hesab edirdi. Yalnız bir
                    fәrqlәri vard ı. İlqar boy-buxunlu, görkәmli idi. Vüqar isә cılız, can sız idi.
                    Boyu İlqarınkından bir baş alçaq idi.
                        Texnikumu qurtarıb rәssam adı almaq üçün tәlәbәlәr diplom işi
                    çәkmәli vә onu müdafiә etmәli idilәr. Texnikumun direktoru tәlәbәlәrin
                    arzusunu nәzәrә alaraq onları istәdiklәri yerlәrә göndәrirdi. Neft daşlarına
                    gedәn kim, Sumqayıtı seçәn kim, dağ mәnzәrәlәri yaratmağa hәvәs göstәrәn
                    kim...
                        Dostlar bu dәfә dә ayrılmalıdılar. Şuşaya getdilәr. Onlar Şuşanı
              254   görmәmişdilәr.  Ancaq Şuşa haqqında qәzetlәrdә, kitablarda çox
                    oxumuşdular. Şuşanın gözәl tәbii mәnzә rәlәri, saf havası, diş keyidәn suları,
                    tarixi abidәlәri haqqında az-çox tәsәvvürlәri var idi.
                        Nәfәs tәnglәşdirәn, asfalt yumşaldan iyul günlәrindәn birindә sәhәr
                    tezdәn dostlar “Bakı-Şuşa” avtobusuna minib yola düşdülәr. Avtobusda boş
                    yer qalmamışdı. Çoxu uşaqlı qadın idi. Yuxarıdakı nәfәsliklәr qaldırılsa da
                    içәridә hava getdikcә ağırlaşır, kәsiflәşirdi. Buna görә dә sürücü hәr 50-60
                    kilometrdәn bir maşını saxlayır, sәrnişinlәr düşüb özlәrini havaya verirdilәr.
                    Yavaş-yavaş әsәn isti külәk üzlәri qarsır, quru külәş әtri gәtirirdi.
                        Elә ki avtobus Әskәran qalasını keçdi. Hava birdәn-birә dәyişdi. Tәbiәt
                    dә dәyişdi, mәnzәrәlәr dә dәyişdi. Yolun hәr iki tәrәfindә ilk baharı andıran
                    yaşıllıq nәzri  oxşayır, körpә müşәlәr, meyvә bağları, lalәli yamaclar bir-
                    birini әvәz edirdi. Getdikcә sәrinlәşәn, yüngüllәşәn havadan kәklikotu әtri
                    gәlirdi.
                        Bir qәdәr sonra dolaylar başladı. Maşın uğuldaya-uğuldaya qalxır,
                    nәhәng dağın gәrdәninә kәmәr kimi dolaşan dolayları bir-bir arxada
                    qoyurdu.
                        – İlqar, bir aşağıya bax. İnana bilmirәm ki, o yolları biz qalxmışıq.
                        – Gözәldir, Vüqar, gözәldir. Elә bil rәssam tәbiәt yerlәrdәn heç nә
                    әsirgәmәyib. Bu lövhәlәri fırçasının bütün qüdrәti ilә yaradıb.  Qabaqda
                    oturmuş qoca kişi geri qanrıldı:
                        – Hәlә harasıdır. Hәlә nә görmüsünüz ki. Bunun Cıdır düzü var,
                    Әrimgәldisi var, Daşaltısı var, Turşsuyu var...
                        İlqar da, Vüqar da diqqәtlә kişiyә fikir verirdilәr. Tәxminәn yaşı hәştadı
                    haqlamış bu gözlәri cavan bir oğlanın gözlәri kimi par-par  yanırdı, yanağı
                    qıpqırmızı idi. Necә deyәrlәr “çırtma vursan, qanı damcılardı”.
   825   826   827   828   829   830   831   832   833   834   835